Bolkart debet kartlarının şərtləri yeniləndi: HƏR YERDƏ 3% KEŞBEK

Bolkart debet kartlarının şərtləri yeniləndi: HƏR YERDƏ 3% KEŞBEK(®) Müştərilərinin arzu və istəklərini hər zaman əsas tutan Bank of Baku, bu dəfə Bolkart debet kart sahiblərinin ürəyindən xəbər verəcək yeniliklərə imza atdı.
Belə ki, bank Bolkart debet kartı üzrə şərtləri yenilədi və yeni üstünlüklər gətirdi:
Hər alış-verişdə 3% KEŞBEK:
Artıq Bolkart debet kart sahibləri HƏR YERDƏ 3% KEŞBEK qazanacaqlar. Yəni, istər restoran, elektronika mağazaları, market, yanacaq doldurma məntəqəsi olsun, istərsə də onlayn alış-veriş, yəni məkan fərqi olmadan müştərilərin etdiyi bütün alış-verişlər onlara 3% KEŞBEK qazandıracaq.
Qeyd edək ki, bankın elan etdiyi xüsusi kampaniyalarda müştərilər hər yerdə 5% KEŞBEK əldə edəcək.
Qeyd olunan şərtlər nağd əməliyyatlarda, kredit, nəqliyyat, rabitə, dövlət və kommunal, istiqraz, cərimə, məhkəmə, mərc oyunları, kuryer xidmətlərinə şamil olunmur. Ay ərzində hər bir müştəri maksimum 100 AZN keşbek qazana bilər. 0.01 AZN-dən az olan keşbek məbləğləri nəzərə alınmır. Hesablanan keşbeklər müştərinin keşbek hesabına növbəti iş günü yüklənəcək.
Bolkart Debet kartı bir ay ərzində edilən əməliyyatların məbləği 200 AZN-dək olduqda 0.5% keşbek, 200 AZN-dən çox olduqda isə 3% keşbek hesablanır. Məsələn, müştəri bir ay ərzində 201 AZN-lik dövriyyə edibsə, 6.03 AZN keşbek əldə edəcək.
KOMİSSİYASIZ PULKÖÇÜRMƏ:
İndi, Bank of Baku-nun müştəriləri Bolkart debet kartından istənilən ölkədaxili bank kartlarına KOMİSSİYASIZ pul köçürə biləcək.
PULSUZ kart:
Müştərilər bankın Bolkart debet kartlarını PULSUZ əldə edəcəklər.  
5% GƏLİR:
Bolkart debet kart sahibləri illik 5% gəlir əldə edəcəklər. İllik 5% gəlir qazanmaq üçün Bolkart debet kart sahiblərinin balansında minimum 100 AZN vəsaitin olması kifayətdir.
Bolkart debet kartını əldə etmək istəyənlər bankın istənilən filialına yaxınlaşa, 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya, "WhatsApp-dan-(+99450)447-00-55 müraciət edə və ya onlayn kart sifarişi () bölməsindən sifariş yerləşdirə bilər.
Bolkart haqqında daha ətraflı məlumatla bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bolkartın rəsmi veb səhifəsinə - www.bolkart.az və ya rəsmi Facebook səhifəsinə - www.facebook.com/Bolkart/  daxil olaraq tanış olmaq olar.

/ marja.az

Banklar     Tarix: 10 fevral 2023

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler bank faizleri rubl mezenne emlak xeberleri en son xeberler