"Bolmart"da və "Şərq Bazarı"nda sahibkarın - İCARƏ PULUNU DÖVLƏT ÖDƏYİR – YENİLİK BAŞLANDI - ŞƏRTLƏR
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bir qədər əvvəl elan edilmiş satışa dəstək layihəsinə start verib.
FED.az xatırladır ki, sözügedən layihəyə əsasən KOBİA iri ticarət şəbəkələrində kiçik və orta sahibkarların mallarının satışına dəstək üçün onların icarə haqlarının bir hissəsini ödəyəcək.
Məsələ bundadır ki, iri ticarət şəbəkələrində öz məhsullarını satmaq istəyən sahibkarlara elə yüksək icarə qiyməti təklif edilir ki, onlar bu rəqəmi ödəyə bilmirlər. KOBİA-nın layihəsi də bu icaroə haqqının bi r hissəsini ödəmək məqsədi daşıyır.
Agentlikdən FED.az-a bildirilib ki, bu imkandan istifadə etmək üçün KOBİA-ya 59 müraciət daxil olub. Müraciətlərin 30-u qida məhsulları, 27-si qeyri-qida məhsulları, 2-si isə digər kateqoriyaya aid məhsullarla bağlıdır.
Agentlik 14 sahibkarın müraciətinəmüsbət cavab verib.
Bu məqsədlə yeni işə düşən "Şərq bazarı" kompleksində və "Bolmart" marketdə KOBİA müvafiq yerləri icarəyə götürüb və mikro və kiçik sahibkarların məhsullarının satışına başlanılıb.
Burada KOB subyektlərinin bal və arıçılıq məhsulları, un və un məmulatları, granola qida məhsulu, alkoqolsuz içkilər, alma sirkəsi, quru meyvələr, ədviyyatlar, əl işləri və digər məhsulları satılır.
KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək məqsədilə digər ticarət şəbəkələri ilə də işlər aparılır, eyni zamanda bu dəstəkdən yararlanmaq istəyən mikro və kiçik sahibkarlardan müraciətlərin qəbulu davam edir.
Xatırladaq ki, prezident İlham Əliyevin 1 dekabr 2021-ci il tarixli fərmanı ilə "Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası" təsdiq edilib. Qaydaya əsasən bu dəstəkdən mikro və kiçik sahibkarlar istifadə edə bilərlər.
Bu dəstək çərçivəsində ticarət obyektində sahibkarın istifadəsinə veriləcək satış yerinin ölçüsü 50 sm, məhsulların satış sahəsində yerləşdirilməsi müddəti isə 3 aydır. Mikro sahibkarlıq subyekti onun istifadəsinə verilən satış sahəsinə görə icarə haqqının 20%-ni, kiçik sahibkarlıq subyekti isə 50%-ni ödəyəcəkdir.
KOBİA ticarət obyektlərində icarəyə götürülən satış yerləri barədə məlumatları internet səhifəsində (www.smb.gov.az) yerləşdirəcək.
Dəstəkdən faydalanacaq sahibkarların seçilməsi zamanı aşağıdakı meyarlar nəzərə alınacaq:
- məhsulun Azərbaycanda ilk dəfə istehsal olunması;
- məhsulun idxalı əvəzləmək potensialı;
- məhsulun Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda istehsal edilməsi;
- sahibkarın ticarət şəbəkələrinə çıxış təcrübəsinin olmaması.

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
ZARA-nın uğur hekayəsi
Biznes təlimlər və tədris üsulları
Onlayn biznes növləri
Startup nədir və necə olur?
Birbank xidmətinə necə qoşulmaq olar?