"Bolt" Azərbaycanda daha bir şirkəti – BAZARDAN ÇIXARDI – "AZI 10 ŞİRKƏT ÇÖKÜB" - MÜSAHİBƏ

"Bolt"un dempinq siyasəti nəticəsində "Fonibo" daxil olmaqla bir çox şirkət maddi çətinlik yaşamış və rəqabətdən uzaqlaşdırılmışdır. Yerli şirkətlərimiz batandan sonra "Bolt" dempinq siyasətindən əl çəkmiş və kuryerlərinin maaşını azaltmağa başlamışdır".
Eləcə də bax: Azərbaycan şirkəti: "Bolt" maya dəyərindən aşağı qiymətlə digər şirkətləri bazardan çıxarır" 
Eləcə də bax: "Bolt" yerli şirkətlərin hamısını - MÜFLİS EDİB" – MƏSƏLƏ ARAŞDIRILIR
Eləcə də bax: "Bolt Food" kuryerləri də etiraz aksiyası - KEÇİRDİ
Eləcə də bax: Dövlət Xidməti yenidən "Bolt" haqqında - İŞ QALDIRIB
Eləcə də bax: "Bolt" etiraz edən sürücülərin nömrələrini - BLOKLADI
Eləcə də bax: Əcnəbi şirkətin Bakıdakı - ÖZBAŞINALIĞI
FED.az xəbər verir ki, bu barədə artıq fəaliyyətini dayandırmış "Fonibo" çatdırma şirkətinin təsisçisi və direktoru, elektron ticarət və elektron biznes mütəxəssisi Nicat Manafov bildirib.
Onun sözlərinə görə, qlobal çatdırma şirkəti olan "Bolt" Azərbaycan bazarında dempinq qiymətləri tətbiq etməklə yerli şirkətləri sıradan çıxarır və növbəti belə şirkət "Fonibo" olub.
"Fonibo" şirkəti 2020-ci ildən fəaliyyətə başlayıb və hər yerdən çatdırılma xidməti olaraq fəaliyyət göstərirdi. Xüsusilə marketlərdən çatdırılma kateqoriyasında lider mövqedə idi.
- Şirkətinizin nə qədər əməkdaşı vardı?
- Ofis daxili 15, kuryerlərlə birlikdə 70 nəfərə yaxın heyət idik.
- "Bolt" sizin şirkətin necə bazardan çıxartdı?
- "Bolt" şirkəti kuryerlərə əsassız şəkildə bazardakı qiymətin 3-4 qatını ödəməyə başladı.
- Məsələn...
- Məsələn, bizdə çatdırma qiyməti 1,5 manat idi (3 kilometrlik radiusda), kilometri əsasən 1 AZN götürürük. Yəni biz hər sifariş üçün kuryerə 1,5 AZN qiymət nəzərdə tuturduqsa, onlar artıq 4 AZN ödəməyə başladılar. Nəticədə bizdə sifariş olsa da, artıq kuryer tapmaqda çətinlik çəkirdik, çünki bütün kuryerlər "Bolt"a keçirdi.
- Yəni "Bolt"un sifvrişləri belə çox idi? 
- Xeyr, sadəcə "Bolt" onları boş-boş yollarda gözlədirdi, sırf rəqibləri kuryer tapmasın deyə bazarda limitli sayda olan kuryerləri belə özünə götürürdü.
- Siz yalnız kuryerlərə görə bazardan çıxmalı oldunuz?
- Xeyr, digər tərəfdən "Bolt" bizim satış etdiyimiz market və restoranlara öz cibindən zərər hesabına olsa da, satış xidməti göstərirdi. Məhsulun maya dəyərindən 30%-40% aşağı qiymətə satışa qoyulmasını təklif edirdi, həmin zərəri də öz cibindən qarşılayırdı. Bu üsul market və restoranlar üçün daha sərfəli olmuşdu. Biz əvvəlcə düşündük ki, bazarda mövqelənmək üçün 1-2 aylıq kampaniyadır edir və dayandıracaq, amma sonra gördük sırf bu metodla 14 ay boyunca büdcəsini xərclədi və külli miqdarda zərərə gedərək bütün rəqiblərini məhv etdi. 
- Bəs indi vəziyyət necədir? "Bolt" yenə kuryerlərə böyük məbləğlər ödəyir?
- Xeyr, indi "Bolt" rəqibləri bağlandığı üçün "kef edir". Biz bazardan çıxandan sonra "Bolt"un kuryerə ödədiyi məbləğlər azaldı və 3-4 manatdan 1,2-1,5 AZN-ə düşdü. Yəni hətta vaxtilə bizim kuryerlərə ödədiyimiz məbləğdən də aşağı qiymət təklif edir. Bəyənməyənə deyir ki, "get başqa yerdə iş tap", amma başqa yerlər artıq yoxdur, hamısı bağlanıb.
- Bəs restoranlara verilən endirim şərtləri necə, onlar da dəyişib?
- Bəli. Artıq restoranlara bildirirlər ki, o endirimi öz hesabınıza edə bilərsiniz. Artıq restoranların da başqa alternativi yoxdur, çünki bazarda faktiki olaraq başqa şirkət qalmayıb.
- Siz bu vəziyyətlə bağlı müvafiq qurumlara, o cümlədən Antiinhisar Xidmətinə müraciət etmisi nizmi? Son vaxtlar belə şikayətlərin sayı artır və Xidmət onları bildiyimiz qədər ciddi araşdırır.
- Bəli. Mən və eləcə də digər yerli şirkətlər Antiinhisar Dövlət Xidmətinə müraciət etmişik. Bu təkcə bizim problem deyil, ən azı 10 yerli sahibkar belə bazardan çıxarılıb. 189 Delivery, Hungry və s.
Bütün dünyada rəqabəti qoruyan qurumlar var. Onlar bu kimi metodları istifadə edən şirkətləri cəzalandırırlar və bizdə də cəzalandıracaqlarına əminəm. Əks təqdirdə bu kimi metodlarla məhv olan yerli sahibkarlıq mühitini kimsə xilas edə bilməz.
- Səhv etmiriksə, belə hal bir dəfə olub, və Antiinhisar Xidməti buna qarşı tədbir görüb...
- Bəli, yadınızdadırsa, bir qədər əvvəl Wolt şirkəti də Azərbaycanda "eksklüzivlik" müqaviləsi altında rəqiblərinə işləməyə icazə vermirdi. Çox şükür ki, Antiinhisar Dövlət Xidməti bunun qarşısını aldı və qanunsuz müqavilə istifadəsinə qadağa qoydu
Bolt cəzalanmalıdır, dünyanın heç bir yerində bu şəkildə rəqabət edə bilməzdi. Amma xüsusilə xarici şirkətlər ölkəmizə gələndə bütün imkanları səfərbər edirlər ki, bazarda monopolist mövqedə olsunlar. Bu hadisənin bənzəri qonşu Türkiyədə olmuşdu, Türkiyənin rəqabət qurumu bu dempinq siyasəti ilə rəqiblərini məhv etməyə çalışan şirkəti 428 min lira cəzalandırmışdı.

Biznes     Tarix: 21 iyul 2022

Oxşar xəbərlər

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar

"Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib"

"İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstəric

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ

Azərbaycanda iri şirkətlərin qarşısında yeni tələblər qoyulacaq. xəbər verir ki, bu müxtəlif qanunlara edilən dəyişikliklərlə bağlı yeniliklərdə nəzərdə tutulub. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, "Sosial sığort

Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb - FOTOLAR

"Bizon"un təşkil etdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası çərçivəsində iyul ayı üzrə növbəti 4 qalib müəyyən olunub. xəbər verir ki, lotereyanın V tirajının qalibi Nəsimi Quliyev, VI tirajını

Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyektin fəaliyyəti araşdırılıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt haqqında araşdırma aparılıb. xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahi

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR

Azərbaycan  Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlə

Azərbaycanda şirkətlər ayrıldı - NİZAMNAMƏ KAPİTALI 50 MİN MANAT AZALDILDI 

"Digital Technologies-Azərbaycan" MMC-nin (VÖEN: 1703662611) nizamnamə kapitalında dəyişiklik edilib. . Azərbaycandakı Rusiya şirkəti bağlanır – YENİ YARADILMIŞDI. biznes və maliyyə xəbərləri portalı xəbər veri

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

Azərbaycanda 7 şirkət ləğv edildi – EYNİ HOLDİNQƏ QOŞULDU

Azərbaycanda fəaliyyət göstərən 7 şirkət ləğv edilib. Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətlər ləğv edilərək "İntegra Holding" MMC-y


iqtisadi xeberler biznes xeberleri bitkoin almaq en son xeberler avtomobil xeberleri