"British American Tobacco" Rusiyada - $1.2 mlrd. İTİRİB
Siqaret istehsalçısı British American Tobacco (BAT) Rusiya bazarından çıxması ilə bağlı itkilərini 957 milyon funt sterlinq (təxminən 1.2 milyard dollar) olaraq qiymətləndirib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin ilin birinci yarısı üzrə maliyyə hesabatında deyilir.
"958 milyon funt sterlinq itki "satışı gözlənilən" kimi təsnif edilən aktiv və öhdəliklərin dəyərsizləşməsi ilə əlaqədardır, bunun 957 milyon funt-sterlinqi Rusiyadakı bizneslə, 1 milyon funt-sterlinqi isə İrandakı bizneslə bağlıdır", – press-relizdə deyilir.
2022-ci ilin altı ayında "BAT"ın gəliri 5.7% artaraq 12.8 milyard funt-sterlinqə çatıb.
"British American Tobacco" martın əvvəlində Rusiyadan çıxdığını elan edib. Qərar Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda qəbul edilib. "BAT" Rusiyadakı biznesini yerli tərəfdaşa satıb.

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
ZARA-nın uğur hekayəsi
Biznes təlimlər və tədris üsulları
Onlayn biznes növləri
Startup nədir və necə olur?
Birbank xidmətinə necə qoşulmaq olar?