Bu BOKT ötən il kəskin böyüyüb, xalis qazancı 60 faizdən çox artıb
Bank Olmayan Kredit Təşkilatı "İdeal Kredit" MMC 2024-cü ili 2 milyon 371 min manat xalis mənfəət ilə başa vurub. Kredit təşkilatı 2023-cü ili 1 milyon 470 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT "İdeal Kredit"in xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 901 min manat və ya 61,3% artıb.
Marja.az Təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, BOKT "İdeal Kredit"in faiz gəlirləri 2023-cü ildə 2 milyon 647 min manat ikən, 2024-cü ildə 4 milyon 657 min manata yükəlib (2 milyon 10 min manat və ya 76% artıb).
Keçən il BOKT "İdeal Kredit"in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3 milyon 781 min manat və ya 31,6% artaraq 31 dekabr 2024-cü il tarixində 15 milyon 726 min manata çatıb. Təşkilat 2023-cü ilin sonunda 11 milyon 945 min manat kredit portfelinə malik idi.



AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Bitcoin necə işləyir?