Bu gün FED faiz qərarını açıqlayacaq

Bu gün FED faiz qərarını açıqlayacaqDünən beynəlxalq birjalarda dolların funt və avro qarşısında məzənnələrində üfüqi tendensiya hökm sürüb. Buna səbəb kimi bugün ABŞ-da Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsi ilə bağlı qərarını qeyd edə bilərik. Yaponiya Bankının (BoJ) pul-kredit toplantısının hesabatını dərc etməsi fonunda USD/JPY valyuta cütlüyündə qiymətin 155.790 səviyyəsindən 155.110 səviyyəsinə qədər gerilədiyinin şahidi oluruq. 
Qızılın qiyməti bazar ertəsi günü 2730$ həddinə kimi ucuzlaşdıqdan sonra, bahalaşmağa başlayıb və hazırda 2761$-ın üzərində qərarlaşıb. Amerikanın Neft İnstitutunun ölkədə kommersiya məqsədli neft ehtiyatlarının 2.86 milyon barrel artması xəbəri fonunda neftin qiyməti eniş tendensiyasını davam etdirib. "Brent" markalı neftin bir barrel üçün qiyməti hazırda 77.70$ təşkil edir. 
Avstraliyada inflyasiyaya dair göstəricilər açıqlanıb. Ölkədə İstehlak Qiymətləri İndeksi rüblük ifadədə 0.2%, illik ifadədə isə 2.4% təşkil edib. Göstəricilərin dərc olunması fonunda AUD/USD cütlüyü 0.6254 həddindən 0.6227 həddinə qədər ucuzlaşsa da, daha sonra bahalaşaraq 0.6244 həddinə qədər yüksəlib. 
Ötən gün ABŞ-ın Ticarət Departamentinin açıqladığı hesabata əsasən, ölkədə Uzunmüddətli İstifadə Məhsulları üzrə Sifarişlərin Həcmi noyabr ayı ilə müqayisədə dekabr ayında 2.2% azalıb. Analitiklər göstəricinin 0.3% artacağını proqnozlaşdırmışdılar. Həmçinin, "Conference Board" analitik şirkəti tərəfindən dərc olunan ABŞ-da İstehlakçıların İnam İndeksi dekabr ayı üzrə yenilənmiş nəticəsi ilə müqayisədə yanvar ayında 109.5 bənd səviyyəsindən 104.1 bənd səviyyəsinədək zəifləyib.
İnvestorlar bugün Bakı vaxtı ilə saat 23:00-da ABŞ-da FED-in faiz dərəcəsi ilə bağlı qərarını maraqla gözləyirlər. Analitiklərin proqnozlarına əsasən, tənzimləyici qurum göstəricini 4.5% səviyyəsində saxlamaq niyyətindədir. Eləcə də, bugün Kanada Bankının (BoC) faiz dərəcəsi ilə bağlı qərarı açıqlanacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 29 yanvar 2025

Oxşar xəbərlər

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa


iqtisadi xeberler bitkoin almaq bitcoin qiymeti 1000 manatla biznes avtomobil xeberleri