Bu il əhali bankları nağd dollarla təmin edir – Valyuta hərraclarına "ehtiyac qalmayıb"

Bu il əhali bankları nağd dollarla təmin edir – Valyuta hərraclarına Azərbaycanın valyuta bazarında son illərdə nadir rast gəlinən hadisə baş verib. Belə ki, ilin ilk yarımilində bankların əhalidən aldığı nağd dollar onlara satdığını üstələyib.
Banker.az Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin iyun ayı üzrə statistik rəqəmləri üzrə hesablama apararkən bu məlum olub.
2023-cü ilin ilk 6 ayı ərzində banklar əhalidən nağd 797.39 mln. ABŞ dolları aldıqları halda, əhaliyə cəmi  749.6 mln. dollar satıblar. Nəticədə əhalidən banka doğru 47.79 mln. dollar axın olub. 2022-ci ilin ilk ayında isə əksinə, bankların satışı alışı 356.9 mln. dollar üstələmişdi.
İyun ayında banklar əhaliyə nağd 88.44 mln. dollar satdığı halda, onlardan 158.48 mln. dollar alıblar. Bunun nəticəsində dollar/manatın orta məzənnəsi 1.6974 səviyyəsinə düşüb. Rəsmi kurs isə 1.7000 USD/AZN səviyyəsindədir.
Qeyd edilən statistik göstərici əslində gözlənilən idi. Öncəki ildəki kimi aprel-may ayından etibarən əhali "yastıq" altındakı dollarları banklarda konvertasiya etməyə çalışırlar. Bu il də bu tendensiya davam etdi, lakin bu il əhalinin banklardan dollar alışının az olması belə bir fərqli mənzərəni ortaya qoydu.
Üstəlik valyuta bazarında bankları nağd valyuta ilə təmin edən Dövlət Neft Fondunun valyuta hərraclarındakı dollar satışları kəskin azalıb. İlin ilk yarısında ARDNF banklara cəmi 1 mlrd. 550.8 mln. dollar satıb. Bu nəinki 2022-ci ildən 1 mlrd. 188.7 mln. dollar (43.4%) az, hətta 2015-ci ildəki devalvasiyadan bu tərəfə ən aşağı göstəricilərdəndir. Bu il elə valyuta hərracları olub ki, orada hərrac 0 tələb tamamlanıb. İyundakı hərraclarda banklara cəmi 58.4 mln. dollar satılıb.
Hazırda Mərkəzi Bank üçün valyuta bazarı alışyönümlüdür. Yəni manatı satıb dollarlar alır, xarici ehtiyatlarını böyüdür. AMB-nin valyuta ehtiyatları 2023-cü ilin birinci yarısı xarici valyuta ehtiyatlarını 134.5 mln. dollar və ya 1.48% artırmaqla 9 mlrd. 196 mln. dollara yüksəldib.
Hazırda valyuta bazarında davam edən sabitlik üçün rəsmlərin və eləcə də makroiqtisadi göstəricilərin təsirinin rolu böyükdür. Hazırda ölkə rəsmləri məzənnənin USD/AZN cütlüyü üçün 1.7000-da qalması ilə bağlı inam yaradıb. Bu, bazarda manatda vəsait saxlamaq üçün əsas inam mənbəyidir. Əlavə olaraq, böyük strateji valyuta ehtiyatları, ölkəyə valyuta gətirən neft-qaz qiymətlərinin yüksək olması, tədiyyə balansının bir neçə rübdür profisitli olması da valyuta bazarındakı sabitliyi qorumaqdadır.

Banklar     Tarix: 26 iyul 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler birbank bitcoin bitcoin qiymeti dollar mezenne