Bu ilin 6 ayında Türkiyə ilə Azərbaycan arasında - 160 ŞİRKƏT YARADILIB
Bu ilin yanvar-iyun aylarında Türkiyə ilə Azərbaycan arasında 160 müştərək şirkət yaradılıb.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Palatalar və Birjalar Birliyi məlumat yayıb.
Məlumata görə, cari ilin birinci yarısında Türkiyənin digər xarici ölkələrlə yaratdığı müştərək şirkətlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə xeyli artıb. Ötən ilin ilk yarısında xarici tərəfdaşlarla 3,2 milyard lirə kapitalla 5 min 978 şirkət yaradılıb. Bu ilin eyni dövründə isə həmin rəqəm 64,4 % artaraq, xarici tərəfdaşlarla 9 828 şirkətin yaradılıb. Rəsmi quruluşu tamamlanan 9,8 min tərəfdaş şirkətin ümumi kapitalı 5,4 milyard lirə olub.
Bu şirkətlərdən 884-ü səhmdar cəmiyyət, 8 944-ü isə məhdud məsuliyyətli cəmiyyət kimi fəaliyyətə başlayıb, xarici kapitalın nisbəti 80,8 faizə çatıb.
Siyahıda ilk üçlükdə İran, Rusiya və Almaniya qərarlaşıb.
Şirkətlərin ölkələr üzrə bölgüsünə gəlincə, bunlardan 640-ı İranla, 500-ü Rusiya ilə, 269-u Almaniya, 266-sı Suriya, 186-ı Misirlə qurulub. Siyahıda həmin ölkələri 179 şirkətlə İordaniya, Pakistan (162 şirkət), Azərbaycan (160), İraq (159), ABŞ (141 şirkət) izləyir. (Report)

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
ZARA-nın uğur hekayəsi
Biznes təlimlər və tədris üsulları
Onlayn biznes növləri
Startup nədir və necə olur?
Birbank xidmətinə necə qoşulmaq olar?