Bu tədbir Azərbaycanda banklar arasında ilk dəfə keçirilib
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin təşkilatçılığı ilə "Naxçıvan Palace"da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş istedadlı bank əməkdaşlarının yaradıcılıq tədbiri keçirilib.
İdarənin yaydığı məlumatda bildirilir ki, ölkədə banklar arasında ilk dəfə keçirilən tədbirdə Mərkəzi Bankın baş direktoru Gülər Paşayeva, İR departamentinin direktoru Oksana İsmayılova, AR Milli Məclisinin deputatları Cəbi Quliyev və Ülviyyə Həmzəyeva, AR XİN NMR İdarəsinin rəisi Vüsal Ələkbərli və digər qonaqlar iştirak edib.
Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin sədri Elçin Əliyev bildirib ki, ölkə Prezidentinin cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü il H.Əliyev İli elan edilib. Ümummilli Lider H.Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur, silsilə tədbirlər keçirilir. Bugün keçirilən yaradıcılıq tədbiri də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.
Sonra Mərkəzi Bankın baş direktoru Gülər Paşayeva çıxış edib. O tədbirdə iştirak edən bütün istedadlı gənclərə uğur arzulayıb.
Tədbirin davamında Ümummilli Liderin həyatından bəhs edən videoçarxa baxış olub.
Daha sonra tədbir iştirakçıları muxtar respublikada fəaliyyət göstərən bankların əməkdaşlarının hazırladığı rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbir müxtəlif videoçarxlar və bank əməkdaşların hazırladığı musiqi nömrələrinin ifaları ilə davam edib.







/ marja.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
İKEA şirkətinin tarixi
Biznes qurmaq üçün nə lazımdır?
Layihə menecmenti nədir?
Biznes təlimlər və tədris üsulları
SMM nə deməkdir?