"Cash by Code" xidməti Yelo mobil tətbiqində
®Yelo Bank mobil tətbiq istifadəçilərinə "Cash by Code" xidmətini istifadəyə verdi. Bu xidmət vasitəsilə təcili hallarda fiziki kart olmadan Yelo ATM-lərindən rahat və təhlükəsiz şəkildə pul nağdlaşdırmaq mümkündür. Bunun üçün tətbiqdə istədiyiniz vəsaitin məbləğini seçmək və verilmiş on rəqəmli kodu ATM-də daxil etmək lazımdır.
"Cash by Code" vasitəsilə kartı olmayan şəxslərə də pul göndərmək mümkündür! Bunun üçün tətbiqdə "Cash by Code" menyusunda "Dosta göndər" seçimindən istifadə etmək lazımdır. Bu zaman on rəqəmli kodun ilk 5 rəqəmi tətbiqdə əks olunacaq, sonrakı 5 rəqəmi isə qarşı tərəfin nömrəsinə SMS vasitəsilə göndəriləcək. Kodun birinci hissəsini istənilən vasitə ilə çatdıra bilərsiniz. Qarşı tərəf isə öz növbəsində Yelo ATM-lərində kodu ardıcıllıqla daxil edib vəsaiti nağdlaşdıra biləcək. Qeyd edək ki, bu xidmətlə sonu yalnız 0 rəqəmi ilə bitən məbləğdə vəsaiti nağdlaşdırmaq mümkündür (məs: 10, 50, 150 və s.). Nağdlaşdırma üçün təqdim edilən kod 24 saat müddətinə qüvvədədir.
Yelo mobil tətbiqini yükləyib, bu və digər parlaq imkanlardan 24/7 zövq ala bilərsiniz:
Bank xidmətləri, o cümlədən online pul kocurme haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dünyanın əh bahalı brendləri - TOP-10
SMM nə deməkdir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Layihə menecmenti nədir?
Onlayn biznes növləri