"Caspel" şirkəti ilə "Kredaqro" BOKT məhkəmə çəkişməsində
"Caspel" Məhdud Məsuliyyətli Cəmiyyəti "Kredaqro BOKT" Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib.
Banker.az-ın məlumatına görə, "Caspel" MMC müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
Qeyd edək ki, "Caspel" IT-şirkəti 2005-ci ildə təsis edilmişdir. Şirkətin ixtisası – Azərbaycan ərazisində ən yeni informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərilməsidir.
Xatırladaq ki, "Kredaqro" 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır, qanuni təmsilçisi Hidayət Həsənovdur.
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki
Kino biletləri də ABB mobile tətbiqində
Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard