"Caspian Energy Club"un üzvləri  Türkiyəyə - SƏFƏR EDİB - FOTOLAR

"Caspian Energy Club"un sədri və baş icraçı direktoru Telman Əliyevin rəhbərlik etdiyi Azərbaycanın sahibkarlardan ibarət nümayəndə heyəti Türkiyədə biznes-turda iştirak edib.
FED.az xəbər verir ki, bu barədə Caspian Energy Club-un mətbuat xidmətindən məlumat verilib.
 İşgüzar səfərin ilk günü Caspian Energy Club üzvləri və top-menecerlər, Türkiyəli həmkarları ilə birlikdə İstanbul şəhərinin turizm imkanları ilə yaxından tanış olub, "Çalık Holding"i ziyarət ediblər. "Çalık Holding" nəzdindəki "CLK Logistics" firmasını baş meneceri Yahya Abdullahoğlu, biznesin inkişafı və ticarət koordinatoru Fatih Kemal Barış, təklif koordinatoru Tarık Can, biznesin inkişafı menecerləri Mustafa Ergin Şafak və Eren Merzeci ilə görüşlər keçiriblər. Görüş əsnasında Çalık Holding`in global arenada həyata keçirdiyi böyük həcmli enerji istehsalı layihələri barədə təqdimat olub. "Caspian Energy Club"un sədri və baş icraçı direktoru Telman Əliyev tərəfindən üzvlük sertifikatı və "Caspian Energy Türkiyə"nin sədri Süleyman Məcidli tərəfindən təşəkkürnamə Yahya Abdullahoğluna təqdim edilib. Görüş iştirakçıları sonrasında İsntabulun turistik əraziləri ilə tanış olub İstanbul Boğazında axşam yeməyində danışıqlara davam ediblər.
  Səfərin növbəti günü, "Caspian Energy Club" un üzvləri, Bursa şəhərini ziyarət ediblər. Türkiyənin aparcı sənaye mərkəzlərindən olan Bursa şəhəri sahibkarlarda böyük maraqa səbəb olub.  Bu səfər çərçivəsində "Bursa Demirtaş Organize Sanayi Bölgesi Sanayiçi ve İşadamları Derneği" in sədri Nilüfer Çevikel, idarə heyətinin üzvü Serdar Menemen ,Procolor şirkətinin həmtəsisçiləri Mehmet Doğrul, Idris Doğrul, və Dikici şirkətinin baş meneceri M.Akif Dikici ilə görüşüblər. 
Həmin gün klub üzvləri "Kayaoglu tekstil" fabrikasında istehsalat prosesi ilə tanış olub. Fabrika gəzintisi sonrası, klub üzvlərindən Yüngül Sənaye Komitəsinin rəhbəri Tehran Əliyev Türkiyədəki zəngin tekstil təcrübəsinin Azərbaycanda dəyərləndirilməsi üçün öz təkliflərini irəli sürüb. Təkliflər Bursa Tekstilciləri tərəfindən yüksək dəyərləndirilib və ən qısa zamanda təkliflərin reallaşdırılması üçün ilkin addımların atılmasına razılaşılıb.
 Biznes turun davamında "Bursa Model Fabrika"nın rəhbəri M.Birol Aksel ilə birlikdə innovativ texnologiyalar laboratoriyasını gəzib, yeni sistemlərə baxış aparıb, yeni texnoloji imkanlarla yaxından tanış oldular. Ziyarət sonunda "Caspian Energy Club"un  üzvlərinin sualları cavablandırıldı, birgə əməkdaşlıq və verilən təklifləri müzakirə edildi. Səfərdə iştirak edən Avtomatika Az firmasının rəhbəri Xalid Səmədov, istehsalatın aktiv olduğu sənaye müəssisələrinə modul fabrikdə tətbiq edilən sistemlərin inteqrasiyası üçün birlikdə əməkdaşlığın faydalarını və bu addım ilə Azərbaycandakı müəssisələrin modernləşdirilməsi prosesinin sürətləndirilə biləcəyini vurğulayıb.
 Biznes turun növbəti ünvanı "BTSO-Enerji Verimliliği Merkezi" idi. Ziyarət zamanı klub üzvləri yeni enerji sistemləri ilə tanış olub, təkliflərini irəli sürdülər və əməkdaşlıq haqqında fikir mübadiləsi apardılar. Modern dünyada ən böyük problemlərdən olan enerji krizinin qarşısının alınması və itkilərin azaldılması üçün bənzəri təlim tədris mərkəzlərinin ölkəmizdə fəallaşmasının əhəmiyyəti vurğulanıb. "Caspian Energy Türkiyə"nin sədri və həmçinin aparıcı enerji təminatçılarından olan Aggreko firmasının Qafqaz bölgəsi üzrə nümayəndəsi Süleyman Məcidli, artıq Azərbaycanda tətbiqinə başladıqları enerji monitorinq sistemləri və həmçinin kogenerasiya-trigenerasiya sistemləri ilə əlaqəli təcrübələrini paylaşıb. Verimlilik mərkəzinin rəhbəri ilə əməkdaşlıq və zəngin təcrübənin daha da genişləndirilməsi üçün ümumi qərar qəbul edilib
 "Caspian Energy Club" uzvlərinin ziyarət etdiyi növbəti müəssisə "BUMESH Technics" fabrikası oldu. Fabrikada klub üzvlərini Bursada aktiv iş fəaliyyəti olan gənc sahibkar Həbib Qoçıyev qarşılayıb. Burada klub üzvləri istehsalat prosesi ilə yaxından tanış olub fikir mübadiləsi apardılar. Avtomobil sənayesinin mərkəzi olan Bursa şəhərindəki bu səfər, səfərdə iştirak edən Azərbaycanlı sahibkarlara, qəlib dizaynının önəmini və sənayenin inkişafındakı muhim rolunu göstərmişdir.
   Günün sonunda, "Caspian Energy Club" nümayəndə heyəti İstanbul şəhərinə dönüş etdi.
 Növbəti gün "Caspian Energy Club" un nümayəndə heyəti.
EİF Dunya Enerji Sərgisi və Forumunda iştrak etdi. Forum çərçivəsində EÜAŞ ın baş meneceri  Dr.İzzet Alagöz, Energetika və Təbii Sərvətlər Nazirliyinin baş direktor müavini Ramazan Usta, Türkiyə Kömür Müəssisələri İdarəsinin baş meneceri Dr.Hasan Hüseyin Erdoğan,
Türkiyə Mədən Şurasının sədri Ibrahim Halil Kırşan, Nuted şirkətinin baş meneceri Yusuf Ceylan, MUSIAD dərnəyinin idarə heyətinin üzvü Altuğ Karataş və bir çox məsul şəxslər və "Caspian Energy Club" üzvləri arasında silsilə görüşlər keçirilib. Qardaş ölkənin nümayəndələri klub rəhbərliyini və üzvlərini səmimi və dostca qəbul etmiş, iki ölkə arasındakı dostluq və biznes əlaqələrinin xarici bazarlara çıxışımız və daxili bazarların tələbatının qarşılanması üçün çox böyük önəm kəsb etdiyini qeyd ediblər. Klubun Türkiyə ofisinin fəaliyyətində dəstəklərini bildirib, aktiv əməkdaşlıq üçün öz məsləhətlərini veriblər.
 Səfərin son günündə "Caspian Energy Club"un üzvləri SOCAR ın Baş Rabitə və Hökumətlə Əlaqələr üzrə Meneceri Mikayil Yusifov, Rəqəmsal Rabitə və Analitika Qrup Meneceri Teymur Cahangir və
İcra Qrupu Koordinatoru Nazim İsgəndərov ilə görüşlər keçiriblər.
"Caspian Energy Club"un sədri və baş icraçı direktoru Telman Əliyev SOCAR Türkiyənin iki qardaş ölkə Azərbaycan-Türkiyə arasındakı iqtisadi əməkdaşlığın ən güclü təmsilçisi olaraq bir tərəfdən məşğulluğa və istehsalata dəstək verməsini yüksək qiymətləndirib. Türkiyədə təsis edildiyi gündən bu yana gördüyü işlərin və gənc enerjik komandanın bu yolda verdiyi əməyin ölkəmizin, neft-qaz, neft-kimya və dayanıqlı enerji sahələrində qlobal bazarlara çıxışımızda vacib bir addım olduğunu qeyd edib, klubub Türkiyədəki fəaliyyətində SOCAR Türkiyənin dəstəyinin çox vacib olduğunu bildirib.
Klub üzvlərimizdən Vien qrupun təsisçisi və icraçı direktoru Qabil Mustafayev və Süleyman Məcidli Neft-Qaz sektorundakı uzun illərdir göstərdikləri yüksək xidmətlərlə bağlı məlumat verib, bu sahədəki təcrübənin, Türkiyədə akitvləşməsi gözlənilən Neft-Qaz sektorunda, əsasən də SOCAR Türkiyə tərəfində əməkdaşlığa çevriləcəyinə inandıqlarını qedy ediblər.
Bu sektorda tələb görülən xidmətlər içində testlərin həyata keçirilməsi; inspeksiya çox vacibdir. Fərqli sektorlardan mütəxəssis firmaları özündə cəmləşdirən Caspian Energy Club, səfər iştirakçılarından STV Engineering firmasının rəhbəri Valeh İbrahimov və Solab firmasının rəhbəri Sadiq Əhmədov timsalında təcrübə alış-verişi etmişdir. 
Qeyd edilən görüşlərdə ev sahibi firma rəhbərləri ilə BHB firmasının rəhbəri Xəyal Babayev arasında, Azərybaycandakı əməkdaşlıqların təsis edilməsi halında marketinq sahəsindəki ehtiyaclar və bunların BHB`in dəstəyi və yüksək stratejik və kreativlik ilə həllərinin mümkünlüyü bildirilib.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən "Caspian Energy Club" 2002-ci ilin iyununda yaradılıb. "Biznes-hökumət" dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"un əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-netvorkinq üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club"un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Biznes     Tarix: 27 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda 2 şirkət "Təbii inhisar subyektlərinin Siyahısı"ndan çıxarılıb

Nazirlər Kabineti 1 avqust 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin Siyahısı"nda dəyişiklik edib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla bağlı Baş nazir Əl

Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət - YARADIBLAR

Bu ilin fevral ayının 3-də "SS Enterprises 26" MMC (VÖEN: 1704152461) və "Junaid Khan" MMC dövlət qeydiyyatına alınıb. Xankəndidə 2 milyon manat kapital ilə yeni şirkət - YARADILIB. biznes və maliyyə xəbərlər

Tahir Rzayev: "Dövlətin bazara müdaxiləsi ciddi problemlər yarada bilər"

Bu gün dövlətin bazara müdaxiləsi yolverilməzdir, çünki ciddi problemlər yarada bilər. "7 il ərzində tətbiq edilən vergi güzəştlərinin nəticəsini görürük" - Mikayıl Cabbarov .  biznes və maliyyə xəbərləri portal

Azərbaycanlı milyarder 1 gündə 51 milyon dollar itirdi

Azərbaycan əsilli rusiyalı iş adamı, "Lukoil" şirkətinin təsisçisi Vahid Ələkbərovun sərvətində dəyişiklik qeydə alınıb. Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir.   biznes və maliyyə xəbərlər

"JTI" şirkəti Azərbaycanda yeni nəsil "Ploom AURA" cihazını təqdim edir

"JTI Caucasus" şirkəti, ötən il Azərbaycanda uğurla start götürən "Ploom" tütün qızdırma sistemləri xəttinin ən yeni üzvü – "Ploom AURA" cihazının ölkədə rəsmi satışına başlanıldığını elan edir

Hindistan vətəndaşı Azərbaycanda 50 min kapital ilə - RESTORAN AÇIB

Bu ilin fevral ayının 26-da "Saiyat Restaurant" MMC (VÖEN:  1704168651) dövlət qeydiyyatına alınıb. Çin vətəndaşı Bakıda 50 min manat kapitalla şirkət yaradıb . biznes və maliyyə xəbərləri portalı xəbər verir ki

"Gənclər evi" sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək

"Gənclər evi" sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. "7 il ərzində tətbiq edilən vergi güzəştlərinin nəticəsini görürük" - Mikayıl Cabbarov .  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki

NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib

NEQSOL Academy peşəkar və şəxsi inkişafının müxtəlif mərhələlərində olan şəxslərin bilik və bacarıqlarını inkişaf etdirməsinə dəstək vermək məqsədilə hər kəs üçün açıq olan yeni rəqəmsal öyrənmə platforması SkillHub-ı təqdi

Ufuk Aydın: "Azərbaycanda yerli və türk şirkətləri arasında sağlam rəqabət formalaşıb"

Azərbaycanda biznes mühiti son illərdə daha sağlam və peşəkar formaya keçib, xüsusilə xarici şirkətlərlə bağlı tətbiq olunan qaydalar bazarda keyfiyyətli seçim formalaşdırıb. xəbər verir ki, bunu Azərbaycanda fəaliyyət göstərə


iqtisadi xeberler bitkoin internetden pul qazanmaq pul qazanmaq iqtisadiyyat xeberleri