Daha bir bankın vəziyyəti məlum oldu - MƏNFƏƏTİ 65 DƏFƏDƏN ÇOX ARTIB

Daha bir bankın vəziyyəti məlum oldu - MƏNFƏƏTİ 65 DƏFƏDƏN ÇOX ARTIB"Premium Bank" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 5 milyon 112 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 78 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə "Premium Bank" ASC-nin xalis mənfəəti 65,5 dəfə artıb.
Marja.az xəbər verir ki, "Premium Bank"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 4,8% artaraq 16 milyon 53 min manat, qeyri-faiz gəlirləri isə 15,4% artaraq 8 milyon 665 min manat təşkil edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
2023-cü ilin birinci yarısında "Premium Bank"ən cəmi əməliyyat gəlirləri 24 milyon 718 min manat, cəmi əməliyyat xərcləri 19 milyon 898 min manat, əməliyyat mənfəəti 4 milyon 820 min manat olub. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 291 min manatın hesabına mənfəət 5 milyon 112 min manata yüksəlib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında "Premium Bank"ın cəmi əməliyyat gəlirləri 22 milyon 824 min manat, cəmi əməliyyat xərcləri 17 milyon 420 min manat, əməliyyat mənfəəti 5 milyon 404 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətinin 5 milyon 325 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.
"Premium Bank"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 6,4% artaraq 30 iyun 2023-cü il tarixində 736 milyon 786 min manat təşkil edib. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 7,7% artaraq 470 milyon 459 min manata yüksəlib.
"Premium Bank"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 9,8% artaraq 512 miylon 313 manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 2,7% aratraq 349 milyon 781 min manata, hüquqi şəxslərin depozitləri isə 29,2% aratarq 162 milyon 532 min  manata yüksəlib. 
30 İyun 2023-cü il tarixində "Premium Bank" 172 miylon 485 min manat məcmu kapitala malik olub.
Daha bir bankın vəziyyəti məlum oldu - MƏNFƏƏTİ 65 DƏFƏDƏN ÇOX ARTIBDaha bir bankın vəziyyəti məlum oldu - MƏNFƏƏTİ 65 DƏFƏDƏN ÇOX ARTIBDaha bir bankın vəziyyəti məlum oldu - MƏNFƏƏTİ 65 DƏFƏDƏN ÇOX ARTIB

Banklar     Tarix: 18 iyul 2023

Oxşar xəbərlər

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin


iqtisadi xeberler en son xeberler biznes xeberleri bitkoin almaq valyuta kurslari