Davranış modelləri əsasında kreditləşməyə dair prudensial tənzimlənmə çərçivəsi qəbul edilib
Bank sektorunun sabit və təhlükəsiz fəaliyyətinin təşkili, tənzimlənməsi və nəzarəti, habelə müasir trendlər nəzərə alınmaqla daim inkişaf etdirilməsi Mərkəzi Bankın əsas prioritet istiqamətlərindən biridir.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu xüsusda, Mərkəzi Bank bank sektorunun prudensial tənzimləmə çərçivəsinin yeni texnologiyaların sürətli inkişafı fonunda maliyyə sistemində yaranan meyillərə uyğun təkmilləşdirilməsi istiqamətində təşəbbüslər həyata keçirir. Bu təşəbbüslər sırasında borcalanların maliyyə əməliyyatlarından istifadə etməklə hazırlanmış davranış modelləri əsasında kreditləşmə üçün tənzimləmə çərçivənin formalaşdırılması məqsədilə Mərkəzi Bankın bir sıra normativ xarakterli aktlarına dəyişikliklərin qəbul edilməsidir.
Qeyd edilib ki, müasir dövrdə banklarda proseslərin avtomatlaşdırılması, müştəri yönümlü olması, süni intellekt həllərin tətbiqi nəticəsində proqnozlaşdırılan məlumatların dəqiqliyinin daha da artımı ənənəvi bank xidmətlərinin alternativ kanallarla daha aşağı xərc və yüksək sürətlə təklif edilməsi imkanlarını artırır. Davranış modelləri üzrə qəbul edilmiş yeni prudensial tənzimlənmə çərçivəsi də bu imkanlardan istifadə edərək fərdi sahibkarlara və fiziki şəxslərə banklar tərəfindən onların proqnozlaşdırılan gəlirləri əsasında kredit verilişini təmin edəcəkdir. Qəbul edilmiş dəyişikliklərdə davranış modelinin hazırlanması prosesinə, bankda bu sahədə potensialın artırılmasına, modelin validasiyasına və hesabatlığına dair tələblər, habelə davranış modeli əsasında verilmiş kreditlər üzrə risklərin azaldılması məqsədilə limitlər, daha sərt təsnifləşdirmə tələbləri və artırılmış kapital tələbləri müəyyən edilmişdir. Belə ki, banklar məcmu miqdarı bankın kredit portfelinin 10%-dən artıq olmamaq şərti ilə davranış modelləri əsasında kredit verilişini həyata keçirə biləcəkdir. Bununla belə, davranış model əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi həmin kredit portfelinin 10%-nə çatdıqda model əsasında kreditlərin verilməsi dayandırılacaqdır.
"Bütövlükdə, kreditləşmə prosesində davranış modellərindən istifadə müştərilərin bank kreditlərinə əlçatanlığının artırılmasına xidmət edəcəkdir. Bu isə, öz nəvbəsində kiçik və orta sahibkarlığın maliyyə və məşğulluq imkanlarının genişlənməsinə, eləcə də resursların daha məhsuldar bölgüsünə köməklik edəcəkdir. Həmçinin modellər vasitəsilə daha dəqiq və yeni məlumatlardan istifadə imkanı bankların biznes proseslərinin optimallaşdırılmasına, əməliyyat xərclərinə qənaətə, kredit anderraytinqi və skorinq proseslərinin sürətləndirilməsinə, dəqiqliyinin artırılmasına, bununla da kredit risklərinin azaldılmasına töhfə verəcəkdir.", -məlumatda bildirilir.
Qeyd olunan müvafiq dəyişiklikləri aşağıdakı link üzərindən nəzərdən keçirmək mümkündür: / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10