Depozit gəlirlərinə vergi tətbiqi ardından portfel "daralır" – 10% vergi yükü, üstəlik 14%-ə yaxın inflyasiya "yeyintisi"

Depozit gəlirlərinə vergi tətbiqi ardından portfel Azərbaycanda hökumətin depozit gəlirləri üçün tətbiq etdiyi 7 illik vergi güzəştini fevralın 1-dən dayandırması banklardakı portfellərə təsir etməyə başlayıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, fiziki şəxslərin banklarda depozit qoyub gəlir götürən müddətli əmanətlərinin həcmi 2023-cü ilin mart ayında 6 milyard 311.5 milyon manata düşüb. Bu, son bir ayda 24.6 mln manat, yaxud 0.4%-lik azalmadır.
Azərbaycanda 2015-ci ildə iki ard-arda baş verən devalvasiya ardından bankda depozit qoyan şəxslərin illik gəlirliliyinə görə tətbiq edilən 10%-lik vergi 7 il müddətinə təxirə salındı ki, əhali banklardakı depozitlərini geri çəkməsin və eləcə də milli valyutanı banka qoymaqda maraqlı olsun. Bu, hökumətin həmin dövrdə manata olan təzyiqləri azaltmaq üçün tətbiq etdiyi addımlardan biri idi.
Ölkədə illik 14%-ə yaxın inflyasiya şəraitində banklar maksimum 11%-lik illik gəlir təklif edir. Belə, olan şəraitdə isə inflyasiya onsuz da əmanətlərdən illik əlavə 14% "yeyir". Yəni cari ildə 100 manatlıq pulun alıcılıq qabiliyyəti növbəti ildə daha 14% aşağı olur.
İlin ikinci ayından isə artıq vergi bərpa edilib. Yəni 10 000 manat həcmində depozitiniz 10% illik gəlirlə yerləşdirilibsə, o zaman illik 1000 manat gəlirdən 100 manat dövlətə vergi kimi ödənməlidir. İndiki şəraitdə həmin məbləğdə depozit isə əlavə 140 manat da inflyasiya yeyir. Beləliklə, depozit investisiya aləti kimi cari durumda effektli sayılmır.
Mərkəzi Bankın sədri Taleh Kazımov, sonuncu mətbuat konfransında deyib ki, Azərbaycanda yerli bankların və xarici bankların yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərinin 10 % dərəcə ilə vergiyə cəlb edilməsi depozit portfelinin həcminə "ciddi təsir göstərməyəcək".
Kazımov bunun qanunvericiliyin tələbi olduğunu hesab edərək, güzəştlərin ləğvinin əmanət bazasına hər hansı təhdid yaratmadığını demişdi. Bildirmişdi ki, banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Ola bilər ki, bu, kredit faizlərinə təsir etsin.
AMB sədrinə görə, bunu qarşıdakı təhlillər əsasında deyə biləcəklər.
Depozit gəlirlərinə vergi tətbiqi ardından portfel Banker.az-ın monitorinq qrupunun araşdırmasına görə, Azərbaycanda banklar demək olar ki, bu faiz xərclərini qarşılamaq üçün çox az sayda təşəbbüslə çıxış edərək faizləri yüksəltdi.
Qeyd edək ki, fiziki şəxslərin ümumi depozitlərinin həcmi 11 milyard 719.50 milyon manat təşkil edib. Bunun 5 milyard 408 milyon manatını tələbli depozitlər təşkil edib. Göründüyü kimi, fiziki şəxslərin müddətli depozitlərinin həcmi azalsa belə, bunu qismən də olsa "kompensasiya" edən tələbli depozitlər var. Lakin burada əsas fərq budur ki, tələbli depozitlər müddətli depozitlər kimi uzunmüddətli maliyyə mənbəsi deyil, anidir.
Hüquqi şəxslərin depozitlərinin həcmi 20 mlrd. 906.9 manatdan 20 mlrd. 213.7 mln. manata düşüb.

Banklar     Tarix: 19 aprel 2023

Oxşar xəbərlər

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,


iqtisadi xeberler rubl mezenne kripto valyuta kurslari bitcoin qiymeti