Dərman idxalını ləngitməkdə ittiham olunan Mərkəzdən açıqlama

Dərman idxalını ləngitməkdə ittiham olunan Mərkəzdən açıqlamaDərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ölkəmizə dərman vasitələrinin idxalını əsasən istehsal və topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr həyata keçirirlər.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən verilən xəbərə görə, dərman vasitələrinin idxalı zamanı həyata keçirilən ekspertizanın xüsusiyyətləri Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 502 nömrəli qərarı ilə təsdiq edilmiş dərman vasitələrinin ekspertizasının aparılması qaydası ilə tənzimlənir:
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Son zamanlar ölkənin dərman təminatı ilə bağlı məsələlər müzakirə edilərkən idxal prosesi zamanı yaranan problemlərdən danışılır. Hətta Analitik Ekspertiza Mərkəzi idxal prosesinin ləngidilməsində ittiham edilir. İdxal zamanı ekspertizanın aparılması üçün idxalçı quruma sənədlər daxil edilməlidir. Bu sənədlər - idxalçıya verilmiş istehsal və ya topdansatış lisenziyasının surəti, vergi ödəyicisinin umota alınmasını təsdiq edən şəhadətnamənin surəti, alqı-satqı müqaviləsi, əgər müqavilə Azərbaycan, rus, ingilis dilində olmadıqda Azərbaycan dilinə tərcüməsi, hesab fakturanın surəti, hesab fakturada dərman vasitələrinin seriyası göstərilmədikdə qablaşdırma vərəqəsinin surəti, istehsalçının dərman vasitələrinin hər birin seriyasına dair verdiyi keyfiyyət sertifikatının surəti, mənşə sertifikatının surətidir. Təqdim olunan sənədlərdə uyğunsuzluq aşkar olunmadıqda dərman vasitələrindən 1 iş gün müddətində nümunələr ötürülərək quruma təqdim olunur. Təqdim olunan nümunələrin dövlət qeydiyyatı, qablaşdırılması, istifadə üzrə təlimatı yoxlanılır. Əgər nümunələrdə problem aşkar olunmasa, bu nümunələr analiz olunmaq üçün laboratoriyaya göndərilir. Uyğunluq sertifikatı verildikdən sonra dərman vasitələrinin idxalına dair məktub hazırlanır. Dərman vasitələrinin ekspertizasının aparılması 20 təqvim günündən çox olmayan müddətdə həyata keçirilir".
AEM idxal zamanı dərman vasitəsi nümunələrində üzləşdikləri problemləri də açıqlayıb:
"Bunlardan biri qeydiyyatla bağlı problemlərdir – yararlılıq müddətində; saxlanma şəraitində ziddiyyətlərdir. Qablaşdırma ilə bağlı problemlər – qablaşdırmanın təsdiqinin olmaması; qeydiyyatda olan təsdiqə uyğun gəlməməsi; qablaşdırmanın təsdiq müddətinin bitməsidir. İstifadə üzrə təlimatla bağlı problemlər – Azərbaycan dilində olmaması; istifadə üzrə təlimatda yararlılıq müddətinin və saxlanma şəraitinin qablaşdırılmanın üzərində göstərilənlərlə uyğun gəlməməsi; yeni təsdiqlənmiş istifadə üzrə təlimatın olduğu halda təsdiqinin vaxtı bitmiş içliklərin qablaşdırmalara yerləşdirilməsidir. Sənədlərlə bağlı problemlər – düzgün mənşə olmadıqda; düzgün müqavilə təqdim edilmədikdə; hesab fakturada seriyalar göstərilmədikdə seriyaların göstərildiyi qablaşdırma vərəqinin olmamasıdır. İdxal prosesi zamanı vaxt itkisinə yol verməmək üçün tələb olunan sənədlər vaxtında və tam olaraq təqdim edilməlidir". / marja.az

Maliyyə     Tarix: 23 dekabr 2022

Oxşar xəbərlər

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler dollar manat kursu rubl mezenne online pul qazanmaq pul qazanmaq