Dövlət Neft Fondunun aktivlərinin 82 milyard dollara qədər artacağı proqnozlaşdırılır

Dövlət Neft Fondunun aktivlərinin 82 milyard dollara qədər artacağı proqnozlaşdırılırBeynəlxalq Valyuta Fondu (BVF) 2028-ci ilədək Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 82 milyard 76 milyon dollara qədər artacağını proqnozlaşdırır.
2021-ci ilin yekunları üzrə ARDNF-in aktivləri 45 milyard 25 milyon dollar təşkil edib. Beləliklə, 2022-2027-ci illərdə Dövlət Neft Fondunun aktivlərinin 82,3% artacağı gözlənilir.
BVF tərəfindən bu proqnozlar Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunları üzrə hazırlanıb.
BVF-nin qiymətləndirmələrinə görə, 2022-ci ilin yekunları üzrə ARDNF-in aktivləri 53 milyard 426  milyon dollara (2021-ci illə müqayisədə artım 18,7%), 2023-cü ilin yekunları üzrə 62 milyard 168 milyon dollara, 2024-cü ilin yekunları üzrə 70 milyard 742 milyon dollara çatacaq.
2025-ci ildə ARDNF-in aktivləri 76 milyard 580 milyon dollara, 2026-cı ildə 79 milyon 840 milyon dollara, 2027-ci ildə 82 milyard 760 milyon qədər artacaq.
"Azərbaycan iqtisadiyyatı Ukraynada müharibə nəticəsində enerji daşıyıcılarının qiymətinin daha yüksək olmasından qazanır. Enerji daşıyıcılarının qiymətinin bahalaşmasının və Avropaya qaz ixracının həcminin potensial artımının ortamüddətli perspektivdə ixracı, büdcə gəlirlərini artıracağı proqnozlaşdırılır. Proqnozlara görə, ARDNF-in aktivləri 2025-ci ildə ÜDM-in 100%-nə çatacaq", - deyə fondun şərhlərində vurğulanır.
BVF-nin qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycan neftinin bir barelinin qiyməti 108,5 dollar (2021-ci ildə 71,1 dollar), 2023-cü ildə 96,5 dollar, 2024-cü ildə 85,7 dollar, 2025-ci ildə 78,7 dollar, 2026-cı ildə 74,4 dollar, 2027-ci ildə 72,2 dollar təşkil edəcək.
2022-ci il aprelin 1-nə ARDNF-in aktivləri 45 milyard 264 milyon dollar məbləğində qiymətləndirilir.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
© "İnterfaks-Azərbaycan" /marja.az

Banklar     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler internetden pul qazanmaq depozit faizleri iqtisadiyyat xeberleri bu gunun xeberleri