Dövlət Sığorta Şirkəti "Bakı KOB evi" ilə əməkdaşlığa başladı
(®) "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkətinin "Bakı KOB evi"ndə nümayəndəliyi fəaliyyətə başlayır.
Bildiyimiz kimi, 06.01.2023-cü il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə paytaxtın Nərimanov rayonunda sayca 3-cü olan "Bakı KOB evi"nin açılışı olmuşdur. Yeni açılmış "Bakı KOB evi"ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.
Sığorta xidmətlərinə əlçatanlığı asanlaşdırmaq üçün "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən "Bakı KOB evi"ndə sahibkarlara korporativ sığorta xidmətləri göstəriləcəkdir. Nümayəndəliyin iş rejimi həftəiçi 5 gün olmaqla, saat 09:00-18:00 təşkil edəcəkdir.
/ marja.az

"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu
Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR
Azərbaycanın Gürcüstana investisiyası 48% artıb
DTX: Terror təşkilatları kriptovalyuta ilə maliyyələşdirilib
ABŞ-dən Azərbaycana pul köçürmələri 11% azalıb
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı
Green Card nədir və onu necə əldə etmək olar?
5 liderlik göstəricisi
Whatsapp biznesin üstünlükləri nələrdir?
Françayzinq nədir və necə olur?
İban nədir?