Dövlət şirkəti Azərbaycanda minlərlə - YENİ İŞ YERİ YARATMAĞA BAŞLAYIB

Dövlət şirkəti Azərbaycanda minlərlə - YENİ İŞ YERİ YARATMAĞA BAŞLAYIB«Türkiyədə bir sıra biznes sahələri olduqca yaxşı inkişaf edib və qardaş ölkə ilə bu sahədə əməkdaşlıq türk şirkətlərinin böyük təcrübəsinin Azərbaycanda tətbiqinə şərait yaradacaq. Belə sahələrdən biri də lotereya biznesidir».
Eləcə də bax: Azərbaycanda işsizlər otellərdə işlə təmin olunacaqlar – İLK DƏFƏ
 xəbər verir ki, bunu Milli Məclisin deputatı, millət vəkili Ceyhun Məmmədov türk biznesinin təcrübəsinin Azərbaycanda tətbiqi barədə danışarkən bildirib.
Millət vəkili bildirib ki, Türkiyə ilə biznes əməkdaşlıq, türk şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi çox əhəmiyyətlidir: «Türkiyə biznesi bir sıra sahələrdə, xüsusilə də turizm, nəqliyyat, sənaye, təhsil, ictimai iaşə, xidmət və s. irəlidədir və böyük təcrübəyə malikdir.  Bu baxımdan Türkiyə şirkətlərinin Azərbaycandakı fəaliyyəti bizə böyük təcrübə qazandırır və bunu yüksək qiymətləndirməliyik»-deyə C.Məmmədov bildirib. 
Milli məclis üzvünün sözlərinə görə, Azərbaycanın Türkiyə biznesindən faydalana biləcəyi sahələrdən biri də lotereya oyunları sektorudur.
«Qəbul etmək lazımdır ki, bu sahə Amerika və Avropa ölkələrində, eləcə də Türkiyədə kifayət qədər inkişaf edib.  Lotereyalar Türkiyədə «milli piyanqo» adı ilə geniş istifadə edilir. Türk şirkətlərinin bu sahədə böyük təcrübələri var». 
C.Məmmədov Azərbaycanda lotereya operatorluğunun Türkiyə şirkətinə həvalə edilməsini həm bu sahənin inkişafı, həm də yeni iş yerlərinin yaradılması baxımından müsbət addım sayıb:
«Türkiyədə bu sahə – lotereya kifayət qədər inkişaf edib. Ona görə də hesab edirəm ki, Türkiyənin bu sahədəki təcrübəsini ölkəmizdə tətbiqi müsbət haldır. «Azərlotereya»nın idarəçiliyinin Türkiyənin «Demirören» şirkətinin idarəetməsinə keçməsi türk şirkətlərinin bu sahədəki təcrübəsinin Azərbaycanda tətbiqinə öz töhfəsini verə bilər».
Qeyd edək ki, dövlət şirkəti olan «Azərlotereya» ASC Azərbaycan prezidenti İlham Əliyevin 2021-ci ilin əvvəlində imaladığı sərəncamla Türkiyənin  «Demirören Şans Oyunları Yatırımları A.Ş.» şirkətinin törəmə cəmiyyəti olan «YMT Sans B.V.» şirkətinə idarəetməyə verilib.
2021-ci ilin fevralında İqtisadiyyat Nazirliyi ilə «Azərlotereya» ASC-nin Türkiyənin «Demirören Holding» şirkətinə idarəetməyə verilməsinə dair müqavilə imzalanıb. 2022-ci ilin əvvəlində yeni «Lotereya və idman mərc oyunları haqqında» qanunun  qüvvəyə minməsi ilə isə «Azərlotereya» Azərbaycanda idman mərc oyunları operatoru statusu qazanıb.
2021-ci ildən başlayaraq «Azərlotereya» yeni lotereya növlərini təqdim edib. İndiyədək yeni «Poz Qazan» biletləri,  ani və tirajlı lotereyalar, «Virtual lotereya» (virtual idman və virtual ani) oyunları təqdim olunub.
Eləcə də idman mərc oyunları üzrə «Misli» brendi təqdim edilib,  eyni adlı mobil tətbiq istifadəyə verilib və «Misli» məntəqələri fəaliyyətə başlayıb.
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, «Azərlotereya»nın türk şirkətinə idarəetməyə verilməsi digər üstünlükləri ilə yanaşı, yeni iş yerlərinin açılmasına da təkan verib.
«Artıq bir çox iş yerləri açılıb və proses bu gün də davam etməkdə, ölkəyə töhfə verməkdədir. Yeni iş yerlərinin yaradılması önəmli, bu gün iqtisadiyyatımızın qarşısında duran ən mühüm məsələlərdən biridir. İş yerlərinin açılması əhalinin təminatına və rifahına öz təsirini göstərir».
Doğrudan da, «Azərlotereya» ASC-nin fəaliyyətinin canlanması sosial sahəyə daha bir istiqamətdə fayda gətirməyə başlayıb, bu – yeni iş yerlərinin yaradılmasıdır. Əvvəla, fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar olaraq «Azərlotereya»nın öz əməkdaşlarının sayı 3 dəfədən çox  artırılaraq 49-dan 164-ə qaldırılıb. Bundan başqa, xidmətlərin və məhsulların çeşidinin artması ilə lotereya satış şəbəkəsi də qurulmağa başlayıb.
 xəbər verir ki, hazırda «Azərlotereya» məhsullarının və xidmətlərinin Bakıda və bölgələrdə  bölgələrdə yayımı ilə 10-a yaxın şirkət və yüzlərlə fiziki şəxs məşğul olar. 
Məsələn, bu prosesə cəlb olunmuş «Smart Ticket» MMC-dən -a bildirilib ki, şirkət «Azərlotereya»nın  məhsullarının satışına 1 il əvvəl, ötən ilin avqustundan başlayıb. Hazırda şirkətin Bakıda və bölgələrdə 250-yə yaxın dileri və 3000-ə yaxın satış nöqtəsi var. Bu məntəqələrdə 3300-3400-ə yaxın insan çalışır. Satış məntəqələrinin və əməkdaşların 60%-dən çoxu regionlarda, 40%-i isə Bakıda yerləşir.
«Azərlotereya»nın məhsullarını təqdim edən digər şirkət - «İntegral» MMC-dən isə -a bildirilib ki, hazırda şirkətin 87 işçidən ibarət kollektivi var, gələcəkdə onların sayının 10-15 faiz artırımı planlaşdırılır. Şirkət 300-dən artıq dilerlə çalışır və onların əhatə etdiyi satış məntəqələrinin sayı 1500-2000 arasında dəyişir. Bu məntəqələrdə 2000-ə yaxın işçi çalışır. Satış məntəqələrinin və əməkdaşların yarıdan çoxu regionlardadır.
Hazırda Bakıda və regionlarda  «Azərlotereya»nın məhsullarının satışı ilə məşğul olan şəbəkələrdə minlərdə insan çalışır, onlar və ailələri bu prosesdən faydalanırlar.
Millət vəkili bildirir ki, bu sahədə əməkdaşlıq gücləndirilməlidir: «İdarəetmənin Türkiyə şirkətinə həvalə olunması bu sahədəki inkişafa səbəb olacaq və töhfəsini verəcək. Yeni şərait və imkanların yaradılması baxımından biz bu əməkdaşlığı gücləndirməliyik. Türkiyənin bu sahədəki təcrübəsini biz Azərbaycanda tətbiq etməklə böyük uğurlar qazana bilərik. Göstərdiyi qayğıya görə düşünürəm ki, dövlət də bu sahənin inkişafında maraqlıdır». /fed.az

Biznes     Tarix: 12 iyul 2022

Oxşar xəbərlər

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il al

Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib. xəbər verir ki, Azərbaycan  Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarə

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR

Sentyabrın 22-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgünü ziyarət edib. biznes və maliyyə xəbərləri portal

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb. xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Qlobal artımın, investisiyanı

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR

Azərbaycan  Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlə

Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb - FOTOLAR

"Bizon"un təşkil etdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası çərçivəsində iyul ayı üzrə növbəti 4 qalib müəyyən olunub. xəbər verir ki, lotereyanın V tirajının qalibi Nəsimi Quliyev, VI tirajını

AZCON Holdinq-də – YENİ TƏYİNAT

İsmət Cəfərov "AZCON Holdinq", Maliyyə planlaşdırılması və iqtisadi təhlil şöbəsinin müdiri təyin edilib. AZAL-ın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub. xəbər verir ki, İ.Cəfərov AZCON Holdinq-də 2025-c

Daha bir dövlət qurumunun göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu "MSolution" şirkəti vasitəsilə həyata keçiriləcək

"MSolution" elektron ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən şirkət olaraq ödənişlərin rəqəmsal formada qəbuluna imkan verən həllər təqdim edir. Bu çərçivədə şirkət müxtəlif dövlət qurumları tərəfindən göstərilə

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"

İtaliya şirkətlərinin Azərbaycan və Mərkəzi Asiyaya köçürülməsi üzərində işlər aparılır. xəbər verir ki, bunu İtaliyanın FSI investisiya şirkətinin təsisçisi və baş icraçı direktoru Maurizio Tamaqnini Bakıda keçirilən I


iqtisadi xeberler kripto dollar məzənnəsi bitkoin almaq biznes ideyalari