Dövlətin "Aqrarkredit"inin gəlirləri yüksəlsə də "digər" xərclər xalis mənfəəti azaldıb

Dövlətin Dövlətin ən iri bank olmayan kredit təşkilatı (BOKT) "Aqrarkredit" QSC-nin  2022-ci ildə faiz gəlirlərini artırmasına və problemli kreditlərin geridönüşünə rəğmən, xalis mənfəəti azaldı.
Banker.az bu barədə BOKT-nin illik audit hesabatına istinad edir. Hesabatı "Nexia EA" audit şirkəti aparıb.
Hesabata görə, ötən il onun 17.09 mln. manat faizdən gəliri olub, bu illik 27 faiz artımdır. BOKT-nin 5.61 mln. manat problemli kreditlərin geridönüşündən daxilolması olub və bu onun xalis faiz gəlirini 22.53 mln. manata yüksəldib. Öncəki ildə xalis faiz gəliri 3.37 mln. manat olmuşdu.
Burada mənfəətə əsas təsir edən amil "digər" kimi göstərilir. Öncəki ildə 12.01 mln. manat "digər"lərdən gəlir əldə edilibsə, bu il bu rəqəm 11.74 mln. manat xərc olub. Audit hesabatının daha az vərəqlərdən olması, yəni "digər" gəlir və xərc dedikdə nə nəyin nəzərdə tutulması açıqlanmadığından bu xərcin təfərrüatına girə bilməyəcəyik.
İşçi, ümumi inzibati xərclərin nəzərdə tutulduğu əməliyyat xərclərinin həcmi 27 faiz artımla 6.33 mln. manata yüksəlib.
Beləliklə, "Aqrarkredit" BOKT 2022-ci ili cəmi 1.08 mln. manat xalis mənfəət əldə edib. Bu öncəki ildə 1.19 mln. manat idi.
BOKT-un aktivlərinin həcmi illik müqayisədə 0.74 faiz azalmaqla 12 milyard 8.19 mln. manata düşüb. Bunun da 11 mlrd. 593.98 mln. manatı Azərbaycan Beynəlxalq Bankının illər öncə BOKT-yə ötürülmüş aktivləridir.
Aqrar kredit AH 2022 az

Banklar     Tarix: 30 may 2023

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler investisiya bitcoin biznes krediti kripto