ECB –dən ABŞ ilə ticarət gərginliyi ilə bağlı bəyanat
Avropa Mərkəzi Bankı (AMB) ABŞ-ın tarif artımının Avrozona istehlakçılarının xərcləmə vərdişlərini dəyişdirdiyini bildirib.
Biznes.az xəbər verir ki, bu barədə araşdırma hesabatında qeyd edilib. Avrozona istehlakçıları tariflər səbəbindən xərcləmə vərdişlərini dəyişərək, xərclərini azaldıb və ABŞ məhsullarından qaçıblar.
ECB (AMB) respondentlərinin təxminən 26 faizi tariflərə görə ABŞ məhsullarından uzaqlaşdıqlarını, təxminən 16 faizi isə ümumi xərcləri azaltdıqlarını bildirib.
Hesabatda, "Son ticarət gərginliyi və tarif elanları avropalı istehlakçıların davranışlarına və gözləntilərinə əhəmiyyətli dərəcədə təsir edir",-deyə qeyd edilib.
Tariflərlə bağlı narahatlıqlara cavab olaraq hesabatda, "Yüksək gəlirli ev təsərrüfatları ABŞ mallarından uzaqlaşmağa, aşağı gəlirli ev təsərrüfatları isə ümumi xərclərini azaltmağa meyllidirlər",-deyə məlumat yer alıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Aİ Komissiyasının sədri Ursula fon der Leyen 2025-ci ilin iyulunda Avropanın ABŞ-a ixracına 15 faizlik gömrük rüsumunun tətbiqi barədə razılığa gəliblər.

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Swift nədir?
Elon Musk kimdir?
Dünyanın ən varlı 10 müğənnisi