ECB Rusiya ilə bağlı Avropa banklarına xəbərdarlıq edib
"Avropa bankları Rusiyadakı fəaliyyətlərini azaltmalı və tezliklə Rusiya bazarından çıxmalıdırlar".
Bunu Avropa Mərkəzi Bankının (ECB) baş nəzarətçisi Andrea Enria mətbuat konfransda deyib.
O hesab edir ki, bankların Rusiyada öz fəaliyyətlərini daha da azaltmağa davam etməsi və Rusiya bazarını mümkün qədər tez tərk etməsi vacibdir.
Enria bankların Rusiyada yeni kreditlər vermədiyini və Rusiyanın təzyiqi səbəbindən ölkədə fəaliyyətlərini dayandırmağın çətin olduğunu etiraf edib, lakin daha çox addım atmağa ehtiyac olduğunu vurğulayıb.
Onun sözlərinə görə, "Raiffeisen" və "UniCredit"in Rusiyada olması Qərb dövlətlərinin sanksiyaları ilə mübarizə aparan Rusiya iqtisadiyyatı üçün vacibdir. Digər tərəfdən, hər iki bank Rusiyadakı fəaliyyətlərini azaltmağa çalışdıqlarını bildirirlər.
Rusiyadakı ən mühüm Qərb bankı olan "Raiffeisen" oradakı əməliyyatlarını satmaq və ya bölmək, eləcə də yeni şirkət yaratmaq variantlarını nəzərdən keçirdiyini açıqlayıb. / banker.az

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
AMB maliyyə qruplarına da nəzarət edəcək
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
Digital Card nədir?
İnstaqramda biznes qurmağın yolları
Mcdonalds françayzinqi neçiyədir?
Bitcoin necə işləyir?
Onlayn biznes ideyaları