Əcnəbilərin bank kartları ilə əməliyyatlarının həcmi ilk yarımildə 676 mln. manata yüksəlib
Azərbaycanda 2025-ci ilin ilk yarısında əcnəbi vətəndaşların bank kartları ilə əməliyyatlarının həcmi 675.5 milyon manat təşkil edib.
Banker.az xəbər verir ki, bu da 2024-cü ilin analoji dövrünü 37.8 milyon manat və ya 6% üstələyir.
Bunun da təkcə 144.4 mln. manatı iyun ayının payına düşüb ki, bunun da 89.8 mln. manatı "Visa", 48.8 mln. manatı "MasterCard"ın payına düşür.
2024-cü ilin eyni dövründə 637.7 mln. manatlıq əməliyyat aparılmışdı. Bununla belə, Mərkəzi Bankın öncəki təqdim etdiyi məlumatlara əsaslansaq kart əməliyyatları 2022-ci ilin müvafiq dövründəki 1 mlrd. 74 mln. manat və 2023-cü ilin müvafiq dövründəki 1 mlrd. manatdan xeyli aşağıdır.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 178 ölkəsindən 1 milyon 217.4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 25.8 faizi Rusiya Federasiyası, 17.6 faizi Türkiyə, 9.4 faizi Hindistan, 8.2 faizi İran, 4.2 faizi Gürcüstan, 3.7 faizi Qazaxıstan, 3.2 faizi Səudiyyə Ərəbistanı, 2.9 faizi Pakistan, 2.1 faizi Çin, hər birindən 1.9 faiz olmaqla İsrail və Özbəkistan, 1.8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1.4 faizi Ukrayna, 1.3 faizi Türkmənistan, hər birindən 1.0 faiz olmaqla Belarus və Küveyt, 12.6 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 67.9 faizini kişilər, 32.1 faizini qadınlar təşkil etmişdir.

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Biznesə aid ən yaxşı 10 kitab
İnvestisiyanın necə cəlb etmək olar?
Digital Card nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
SMM nədir?