Əhali və fərdi sahibkarlara verilən kreditlərdə yeni qayda gəlir
Mərkəzi Bank bank sektorunun sabitliyini qorumaq və müasir trendlərə uyğun inkişaf etdirmək məqsədilə prudensial tənzimləmə çərçivəsində dəyişikliklər edib.
Banker.az bunu Mərkəzi Banka istinadən xəbər verir.
Yeni qaydalar çərçivəsində borcalanların davranış modellərinə əsaslanan kreditləşmə mexanizmləri yaradılacaq.
Dəyişikliklər bankların proqnozlaşdırılan gəlirlərə əsaslanaraq fərdi sahibkarlara və fiziki şəxslərə kredit vermək imkanlarını artıracaq. Bununla yanaşı, davranış modeli üzrə verilmiş kreditlər üçün risklərin azaldılmasına dair limitlər və daha sərt kapital tələbləri müəyyən edilib. Banklar kredit portfelinin maksimum 10%-ni davranış modellərinə əsaslanan kreditlərə ayıra biləcəklər.
Qaydalara əsasən, 90 gündən çox gecikdirilmiş kreditlərin ümumi həcmi portfelin 10%-nə çatdıqda, model əsasında kreditlərin verilməsi dayandırılacaq. Bu yeniliklər müştərilərin kreditlərə əlçatanlığını artıraraq, kiçik və orta sahibkarlığın inkişafına dəstək olacaq.
Ətraflı məlumat üçün: Link

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10