Əhalinin banklara borcu 10 milyard manata çatır
Azərbaycan banklarının cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-cü ilin iyul ayının sonu ilə müqayisədə avqust ayında 442,3 milyon manat artaraq 31 Avqust 2023-cü il tarixində 21 milyard 814,2 milyon manat təşkil edib.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, avqust ayında bankların biznes kreditləri portfeli 199,1 milyon manat artaraq 11 milyard 821,7 milyon manata, istehlak kreditləri portfeli 156,5 milyon manat artaraq 6 milyard 532,5 milyon manata, ipoteka kreditləri portfeli isə 86,6 milyon manat artaraq 3 milyard 459,9 milyon manata çatıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Əhalinin götürdüyü kreditlər olan istehlak və ipoteka kreditlərinin cəmi məbləği 9 milyard 992,4 milyon manata çatıb. 2023-cü ilin 8 ayı ərzində əhalinin banklara cəmi borcu 1 milyard 253,1 milyon manat artıb. Ötən ilin sonunda istehlak və ipoteka kreditləri cəmi 8 milyard 739,3 milyon manat təşkil etmişdi.
Bank olmayan kredit təşkilatları (BOKT) və lombardlar tərəfindən verilən kreditlər nəzərə alınarsa, əhalinin kredit təşkilatlarına cəmi qalıq borcu 10 milyard manatdan çoxdur.


"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
ABB partnyorları ilə görüş ®
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
AMB maliyyə qruplarına da nəzarət edəcək
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
Biznes təlimlər və tədris üsulları
Yatırım olmadan necə biznes qurmaq olar?
İban nədir?
Ev şəraitində pul qazanmağın yolları
Swift nədir?