Əhalinin banklarda 15 milyard manatdan çox əmanəti var
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75%-i və ya 37 milyard 353.3 milyon manat. Depozit portfelinin 59.7%-i (22 milyard 292.6 milyon manat) hüquqi şəxslərin, 40.3%-i (15 milyard 60.7 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın "Statistik bülleten İyun 2025" sayında bildirilir.
Qeyd edilib ki, fiziki şəxslərin (əhalinin) əmanətlərinin 67%-i (10 milyard 95.8 milyon manat) milli valyutada, 33%-i (4 milyard 964.9 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 62.5%-i (9 milyard 408 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyun ayında 2.3% və ya 209.6 milyon manat, tələbli əmanətləri isə 2.1% və ya 116.9 milyon manat artmışdır.
2025-ci ilin iyun ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1.9% (3 min 112 əmanətçi), ilin əvvəlindən isə 11.7% (17 min 654 əmanətçi) artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 48.2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76.5%-ni təşkil etmişdir.

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Biznesə aid ən yaxşı 10 kitab
İnvestisiyanın necə cəlb etmək olar?
Digital Card nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
SMM nədir?