Əhalinin banklardakı depozitləri arta-arta gedir – Orta faizlər düşsə belə
Azərbaycan banklarında əhalinin (fiziki şəxslər) depozitlərinin həcmi tarixi rekord vurmaqla 2023-cü ilin 1 iyuluna 12 mlrd. 472.5 mln. manata yüksəlib.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 30 iyun 2023-cü il tarixinə təqdim etdiyi aylıq icmal göstəricilərində bildirilir.
Əhalinin banklardakı depozitlərinin həcmi son bir ayda 2.7 faiz, ilin əvvəlindən isə 20.7 faiz artıb. Xarici valyutada olan depozitlərin həcmi isə 4 mlrd. 628.1 mln. manat ekvivalentində olub.
Depozit portfelinin 6 mlrd. 595.5 mln. manatı müddətli olub ki, bu da son bir ayda 2.2 faiz artıb. Tələbli depozitlərin həcmi 5 mlrd. 877 mln. manat olmaqla, aylıq 3.3 faiz artıb.
Qeyd edək ki, Azərbaycanda 1 fevral 2023-cü il tarixindən depozit faizləri yenidən vergiyə cəlb edilib. Belə ki, depozit faizlərinin gəlirinin 10%-i dövlətə vergi kimi ödənir. Gözlənti bu idi ki, bu, əhalinin banklarda depozit qoymaq üçün marağını azaldacaq, lakin gedişat əksini göstərir və əhali üçün ən yaxşı investisiya alternativi depozit yerləşdirilməsidir.
Fiziki şəxslərin banklardakı depozitlərin illik gəlirliliyi iyun ayında orta ölçüdə 9.26%-dən 9.26%-ə qədər azalıb. Yeni cəlb edilmiş depozitlərin gəlirliliyi isə illik orta hesabla 7.94%-dən 7.51%-ə qədər azalıb.

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Startup nədir və necə olur?
5 liderlik göstəricisi
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir və necə alınır?
SMM nədir?