Əhalinin banklardakı əmanətləri azalıb
Adətən mərkəzi banklar faizlərini artırdığı dövrdə insanlar yığıma üstünlük verirlər və banklarda əmanətlər artır. Azərbaycanda isə mərkəzi bankın faizlərinin nisbətən yüksək olduğu şəraitdə əhalinin əmanətləri azalıb. Bunun səbəblərindən biri Mərkəzi Bankın uçot dərəcəsini artırmasına baxmayaraq aparıcı bankların əmanət faizlərini demək olar ki, qaldırmamalarıdır.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ilin avqust ayında əhalinin banklardakı əmanətləri (fiziki şəxslərin və fərdi sahibkarların əmanətləti) 125,4 milyon manat azalıb. Belə ki, əhalinin əmanətləri 2023-cü ilin iyul ayının sonunda 12 milyon 705,5 milyon manat ikən, avqust ayının sonunda 12 milyard 580,1 milyon manat təşkil edib.
Əhalinin əmanətlərinin azalması fiziki şəxslərin tələbli depozitlərinin azalması ilə əlaqədardır. Belə ki, avqust ayında fiziki şəxslərin tələbli depozitləri 199,2 milyon manat azalaraq 5 milyard 584,5 milyon manata düşüb.
Əhalinin müddətli əmanətləri isə 45,91 milyon manat artaraq 6691,5 milyon manata yüksəlib. Müddətli əmanətlərdəki 45,91 milyon manatlıq artım da uçot dərəcəsinin yüksək olduğu dövr üçün aşağı artımdır.
Avqustda sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri isə 27,9 milyon manat artaraq 304,1 milyon manata çatıb.
2023-cü ilin 8 ayı ərzində (yanavr-avqust) fiziki şəxslərin müddətli əmanətləri 487,4 milyon manat, tələbli əmanətləri isə 305,7 milyon manat artıb.

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Françayzinq nədir və necə olur?
Dünyanın ən varlı 10 adamı
Bitcoin necə işləyir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Swift nədir?