Əhalinin və sahibkarların vergi yükünün azaldılması, güzəşt və azadolmaların uzadılması təklif olunur

Əhalinin və sahibkarların vergi yükünün azaldılması, güzəşt və azadolmaların uzadılması təklif olunur2024-cü ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər açıqlanıb.
Marja.az-ın məlumatına görə, 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir ki, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması nəzərdə tutulur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Belə ki, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsinin 1000 manatdan 2500 manata qaldırılması, fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına (ƏDV cash-back) görə əldə olunan gəlirlərin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.
Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi: maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsinin 10 faizdən 15 faizə qaldırılması, kredit təşkilatlarının ödənilməyən borclar müqabilində balansa götürdüyü girov əmlakların əmlak və torpaq vergilərindən müddətli azad edilməsi, turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriya) əmlak vergisi üzrə vergi təşviqinin verilməsi;
Vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi: sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejiminin tənzimlənməsi, tütün məmulatları üzrə aksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödənilməsi mexanizminin tətbiqi, tütün məmulatları və alkoqollu içkilər üzrə aksiz dərəcələrinin artırılması, vergi ödəyicisi dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakın siyahıya alınmaya təqdim etməkdən yayınarsa, həmin əmlakın reyestr məlumatlarına əsasən vergi ödəyicisinin və müşahidəçilərin iştirakı olmadan vergi orqanı tərəfindən siyahıya alınması;
Vergi inzibatçılığının təkmilləşdirilməsi: vergi borclarının yığılmasının effektivliyinin artırılması məqsədilə vergi borclarının alınmasına möhlət verilməsi mexanizminin və torpaq vergisi ilə bağlı müddəaların təkmilləşdirilməsi, avans ödənişlərə görə elektron qaimə-fakturanın verilməsi və onun verilmə vaxtının müəyyən edilməsi;
Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların təkmilləşdirilməsi: 2020-2022-ci illər üzrə vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələri, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda "Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat" milli prioriteti çərçivəsində nəzərdə tutulmuş hədəflər, həmçinin sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən azadolmaların və güzəştlərin müddətli müəyyən edilməsi amili nəzərə alınmaqla, vergi və gömrük sahəsində normativ hüquqi aktlarda dəyişikliklərlə bağlı layihələr hazırlanmışdır. Layihələrdə 2023-cü ilin sonunda müddəti tamam olan güzəşt və azadolmaların müddətinin 3 il uzadılması təklif olunur. Növbəti mərhələdə güzəşt və azadolmaların büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyi qiymətləndirilməklə sonrakı illər üzrə hədəflərin, habelə nəticəyönümlü güzəşt və azadolmaların müəyyən edilməsi nəzərdə tutulur.
Gömrük ödənişlərinin təkmilləşdirilməsi: daxili istehsalda istifadə olunan və yerli istehsalı mövcud və ya səmərəli olmayan bir sıra xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının 2024-cü il 1 yanvar tarixindən 7 il müddətinə "0" dərəcəyə endirilməsi, bir sıra əsas vəsaitlərin idxalında ƏDV-dən azad olunmanın tətbiq edilməsi.

Maliyyə     Tarix: 01 noyabr 2023

Oxşar xəbərlər

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar


iqtisadi xeberler biznes krediti investisiya bu gunun xeberleri pul qazanmaq