"Əldə edilənlər və yaxın gələcək üçün planlaşdırılanlar Bankın gələcəyinə inam yaradır.": AccessBank-ın Müşahidə Şurasının üzvü Dariuş Kasprşik ilə mü

®AccessBank-ın Müşahidə Şurasının üzvü Dariuş Kasprşik ilə müsahibə
Cənab Kasprşik, sizcə, son illər baş verən hadisələr Azərbaycanın bank sektoruna necə təsir edib? Ümumiyyətlə, banklar fəaliyyətlərində daha çox nəyə diqqət etməlidirlər ? 
Hazırda bank ekosistemi kifayət qədər mürəkkəbdir və bazar banklar qarşısında iddialı məqsədlər qoyur. Banklara təsir edən amillər çoxdur, o cümlədən geosiyasi təlatümlər, qiymət dəyişiklikləri,  resurs qıtlığı… Bundan əlavə, həm tənzimləyicilər, həm də müştərilər tərəfindən ESG standartlarının – ətraf mühit, sosial və korporativ idarəetmənin qəbulu və tətbiqi üçün təzyiq artır. Bank sektorunda 30 illik təcrübəmə əsaslanaraq aşağıdakıları qeyd edərdim:
"Qara qu quşu" nəzəriyyəsi çətin proqnozlaşdırılan və nadir hallarda baş verən, amma mühüm təsirə malik hadisələri ehtiva edir.  Azərbaycanın bank sektoru nəzərə almalıdır ki, qlobal səviyyədə "qara qu quşları" var. Məsələn, son illər baş verən pandemiya və hərbi konfliktlər. Belə xoşagəlməz hadisələrin təkrarlanmayacağına əminlik yoxdur. Ona görə də bankirlər hər zaman hazır olmalıdırlar. 
Mövcud rəqəmsallaşma və qloballaşma böyük imkanlar yaradır. Lakin eyni zamanda həm də texnologiyayaya, kibertəhlükəsizlik tədbirlərinə investisiya tələb edir. Müsbət cəhət odur ki, bu investisiyalar banklarda  bir çox proseslərin avtomatlaşdırılmasını asanlaşdıracaq və müştərilərin özünəxidmət imkanlarını genişləndirəcək. Bu, son nəticədə gündəlik bankçılığı daha az xərcli edəcək. 
Dəyişən mühitə, innovasiyalara, texnologiyalara, yeni bank modelləri və məhsullarına baxmayaraq, əsas aspekt dəyişməz olaraq qalır: maliyyə fəaliyyətində ən dəyərli şey etibardır – qurulmalı və məhv edilməsinə icazə verilməyən dəyər.
Sizcə, AccessBank son illərin bazar təlatümününün öhdəsindən yaxşı gəlib? Əgər belədirsə, əsas səbəb nədir?
Üç ildən artıqdır ki, AccessBank-ın Müşahidə Şurasının üzvüyəm. Bu müddət ərzində, belə çətin şəraitdə irəliləyiş əldə edən komandaya heyranlıqla baxıram. Həmkarlarımın həvəs və istəklərini yüksək qiymətləndirirəm. AccessBank-ın davamlı inkişafını təmin etmək üçün reallaşdırılan və planlaşdırılan dəyişikliklər görürəm. Əminəm ki, çətin dövrü uğurla keçə bilmişik və yeni mərhələ üçün möhkəm zəminimiz var. AccessBank-ın 20 illik yubileyi bir tərəfdən zəruri restrukturizasiyanın başa çatması, digər tərəfdən isə yeni dövrün başlanğıcı kimi əla fürsətdir. Şəxsən mən bu transformasiyanın şahidi və iştirakçısı olduğum üçün xoşbəxtəm. Artıq əldə edilənlər və yaxın gələcək üçün planlaşdırılanlar AccessBank-ın gələcəyinə inam yaradır.
Yaxın beş ildə AccessBank-dan nə gözləyirsiniz?
Hesab edirəm ki, AccessBank son vaxtlar çox böyük irəliləyiş əldə edib və inamla inkişaf yolundadır. Bu, gələcək inkişaf üçün fundamental nailiyyətdir.
Bank daim dəyişən mühitə uyğunlaşmalıdır. Bu, ilk növbədə komanda üzvlərinin peşəkar hazırlığına, fədakarlığına və ortaq məsuliyyətinə aiddir. Komplayns, risklərin idarə edilməsi məsələləri və s. ilə bağlı prudensial qaydalar yenilənməlidir. Uyğunlaşmadan danışmışkən, gələcək rəqəmsallaşma, əməliyyat dəqiqliyi, məhsul inkişafı üçün texnologiyaya da investisiya edilməlidir. 
Zənnimcə, AccessBank pərakəndə satış sektorunda yeni müştərilər cəlb etmək üçün məhsullarının innovativ  olması baxımından daha aktiv olmalıdır. Çünki müştəri portfelinin, həmçinin risklərin şaxələndirilməsi çox vacibdir. Eyni zamanda, mikro sahibkarları, o cümlədən kənd təsərrüfatında işləyənləri unutmaq olmaz. Növbəti illərdə bankın davamlı inkişafını təmin etmək üçün müxtəlif sektorlardan olan müştərilərlə işdə tarazlığı qorumaq çox vacibdir.
İnanıram ki, son illərdə əldə edilmiş nəticələr, həvəsli komanda və lazımi investisiyalarla AccessBank çevik və uğurlu innovator olaraq qalacaq və bazar liderlərindən biri kimi mövqeyini möhkəmləndirəcək. Öz növbəmdə AccessBank komandası ilə işləməyə və onların bütün səylərini dəstəkləməyə davam edəcəyəm. Necə deyərlər – hamımıza uğurlar!  / banker.az

Banklar     Tarix: 13 fevral 2023

Oxşar xəbərlər

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

"PAŞA Bank"ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb

"PAŞA Bank"ın səhmdarlarının sayı bankın keçirdiyi ilkin kütləvi təklifdən (IPO) sonra 18 minə yaxınlaşıb. xəbər verir ki, bu barədə bankın 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrinin təqdimatı zaman

"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"

"PAŞA Bank" ASC son vaxtlar sektorda baş verən konsolidasiyanı bazarda daha güclü rəqiblərin olması baxımından dəstəkləyir. XBunu Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev I yarımilin yekunlarına həsr olunmu

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb

"Kapital Bank" ASC 2026-cı ilin ilk yarısı üzrə işçi heyətinin rüblük dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin yanvarın 1-nə olan məlumata görə bankda

BOKT-un maliyyə nəticələrində güclü artım

BOKT "EMBAFİNANS" QSC 2026-cı ilin ilk 6 ayını (yanvar - iyun) 6 milyon 684,6 min manat xalis mənfəətlə başa vurub. şirkətin baza emissiya prospektinə əlavə edilmiş 2026-cı ilin yanvar-iyun ayları üzrə maliyyə hesabatların

Rabitəbank 32-ci filialını Bakıxanovda açdı

Rabitəbank filial şəbəkəsini genişləndirərək müştərilərinə daha yaxın olmaq və bank xidmətlərinə əlçatanlığı artırmaq istiqamətində növbəti addım atıb. Bankın sayca 32-ci filialı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Bakıxano

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək

"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri


iqtisadi xeberler bank faizleri birbank dollar mezenne emlak xeberleri