Elektrik enerjisi 1-ci, qızıl 2-ci, pomidor 3-cü olub - "İxrac icmalı"nın dekabr sayı açıqlandı

Elektrik enerjisi 1-ci, qızıl 2-ci, pomidor 3-cü olub - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı "İxrac icmalı"nın dekabr sayına əsasən, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 31,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5% artaraq 3 milyard ABŞ dolları təşkil edib. Eyni dövr ərzində yeyinti məhsulları üzrə ixrac isə 821,7 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin 11 ayı ərzində elektrik enerjisinin ixracı 3,1 dəfə,  spirtli və spirtsiz içkilərin ixracı 2,5 dəfə, plastmas və ondan hazırlanmış məmulatların ixracı 22,1%, qara metal məmulatlarının ixracı 16,4%, meyvə-tərəvəz ixracı isə 8,1% artıb.
2023-cü ilin yanvar-noyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,4% artaraq 853,62 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artaraq 181,47 milyon ABŞ dolları təşkil edib.
Cari ilin ilk 11 ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  elektrik enerjisi (379,3 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (143,1 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (140,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.  
2023-cü ilin yanvar-noyabr ayları ərzində Rusiya Federasiyasına 1 milyard ABŞ dolları, Türkiyəyə 728,8 milyon ABŞ dolları, Gürcüstana 299,9 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 154,6 milyon ABŞ dolları, Qazaxıstana isə 89,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Cari ilin noyabr ayının qeyri-neft ixracı 6,2% artaraq 321,85 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 114,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 17,3% artımla 207,05 milyon ABŞ dolları təşkil edib. 
2023-cü ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (122,4 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (52,9 milyon ABŞ dolları) ikinci və Gürcüstan (33,5 milyon ABŞ dolları) üçüncü  olub.
2023-cü ilin noyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (45,3 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (31,2 milyon ABŞ dolları) ikinci və qızıl (25 milyon ABŞ dolları) üçüncü olub. 
"İxrac icmalı"nda göstərilib ki, 2023-cü ilin yanvar-dekabr ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 242,9 milyon ABŞ dolları, dekabr ayında isə 21,5 milyon ABŞ dolları olub.
"İxrac icmalı" tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-noyabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib. 11 aylıq müddət üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: Şirinov Elvin Valeh oğlu, "MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" QSC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Best Logistik" MMC, "My Fruit" MMC, "STP Global Cable" MMC, "P-Aqro" MMC, Muradova Sahibə Səlimət qızı, "Mors Trading" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə "Azərenerji" ATSC  başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, "SOCAR Polymer" MMC, "Azəralüminium" MMC, "AzerGold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azəripək" MMC, "Azərbaycan Dəmir Yolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti.
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 48 ölkəsinə 18 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin noyabr ayında isə "Azərkosmos" dünyanın 44 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2023-cü ilin yanvar-noyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 5,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,7 milyon ABŞ dolları ilə Lüksemburq, 1,5 milyon ABŞ dolları ilə BƏƏ, 959,4 min ABŞ dolları ilə Almaniya və 675,8 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.
2023-cü ilin yanvar-noyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 2 milyard manat, yalnız noyabr ayında isə 181,8 milyon manat dəyərində əməliyyat aparılıb.
Elektrik enerjisi 1-ci, qızıl 2-ci, pomidor 3-cü olub - Elektrik enerjisi 1-ci, qızıl 2-ci, pomidor 3-cü olub - Elektrik enerjisi 1-ci, qızıl 2-ci, pomidor 3-cü olub - Elektrik enerjisi 1-ci, qızıl 2-ci, pomidor 3-cü olub - Elektrik enerjisi 1-ci, qızıl 2-ci, pomidor 3-cü olub - Elektrik enerjisi 1-ci, qızıl 2-ci, pomidor 3-cü olub - Elektrik enerjisi 1-ci, qızıl 2-ci, pomidor 3-cü olub - Elektrik enerjisi 1-ci, qızıl 2-ci, pomidor 3-cü olub - Elektrik enerjisi 1-ci, qızıl 2-ci, pomidor 3-cü olub - Elektrik enerjisi 1-ci, qızıl 2-ci, pomidor 3-cü olub - Elektrik enerjisi 1-ci, qızıl 2-ci, pomidor 3-cü olub - Elektrik enerjisi 1-ci, qızıl 2-ci, pomidor 3-cü olub - Elektrik enerjisi 1-ci, qızıl 2-ci, pomidor 3-cü olub - Elektrik enerjisi 1-ci, qızıl 2-ci, pomidor 3-cü olub - / marja.az

Maliyyə     Tarix: 30 dekabr 2023

Oxşar xəbərlər

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler bitcoin biznes qurmaq biznes xeberleri 1000 manatla biznes