"Əmanət gəlirlərini vergiyə cəlb edilməsi faizləri təqribən 1 % dəyişməsinə səbəb ola bilər"

Azərbaycan banklarında əmanətlərin faiz dərəcələrinin yüksəlməsi gözlənilmir, lakin ayrı-ayrı banklar depozitlərlə bağlı vergi güzəştinin tətbiq müddətinin başa çatması ilə əlaqədar faizləri yüksəldəcəklər.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev fevralın 1-dən Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərini 10 % dərəcə ilə vergiyə cəlb edilməsini şərh edərkən deyib.
O bildirib ki, əmanətlər əvvəllər də vergiyə cəlb edilirdi:
"Sadəcə 7 il müddətinə ölkə Prezidentinin müvafiq fərmanı ilə güzəşt tətbiq edilərək bank əmanətləri üzrə gəlirlər vergidən azad edilmişdi. Ona görə də hazırki mərhələdə güzəşt müddətinin başa çatması ilə əlaqədar olaraq bir sıra banklar faiz dərəcələrini artırılmaqla və ya bəzi banklar öz reklam məhsullarının yerləşdirməklə vergi ödənilməsini öz hesablarına həyata keçirirlər.
Bütövlükdə faiz dərəcələrinin yüksəlməsi gözlənilmir. Amma ayrı-ayrı banklarda bu güzəştin tətbiq müddətinin başa çatması ilə əlaqədar əmanətlərin faiz dərəcələrini yüksəldəcəklər. Həmin vergi məbləği faiz dərəcəsinin təqribən 1 %-i həcmində dəyişməsinə səbəb ola bilər. Orda müəyyən hissədə artım ola bilər. Bütövlükdə deyil, ayrı-ayrı banklar tərəfindən bu artım ola bilər. Hətta bəzi banklar bununla bağlı elan paylaşıblar, düşünürəm yaxın zamanda digər bir qrup banklar da bu istiqamətdə artımları elan edəcəklər".
Xatırladaq ki, əmanət faizlərinin vergidən azad edilməsi manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra banklardan əmanət axınının qarşısını almaq üçün atılmış addımlardan biridir. Bundan başqa, 2016-cı il martın 4-dən 2021-ci il aprelin 5-nə qədər Azərbaycanda əmanətlər tam sığortalı olub.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report / marja.az

Banklar     Tarix: 10 fevral 2023

Oxşar xəbərlər

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana


iqtisadi xeberler bank faizleri rubl mezenne valyuta mezennesi internetden pul qazanmaq