"Ən yaxşısını etmək üçün böyük sərmayəli layihələr həyata keçiririk"- UNİBANKIN SƏDRİ İLƏ MÜSAHİBƏ

Unibank son illərdə öz inkişafında yeni mərhələyə qədəm qoyub. Bu proses necə gedir, Bankın inkişaf hədəfləri nədir və müştəriləri hansı yeniliklər gözləyir? Bu sualları Unibank KB-nin İdarə Heyətinin sədri Faiq Hüseynov cavablandırıb.
-Faiq müəllim, Bankın tarixinə baxanda görürük ki, Unibank bir neçə inkişaf mərhələsi keçib. 2021-2023-cü illəri əhatə edən yeni inkişaf strategiyasını bu prosesin davamı hesab etmək olarmı?
- Dəyişiklik və inkişaf "Unibank"ın hər zaman daimi prosesi olub. Bir az keçmişə baxsaq, "Unibank"ın bəlli bir transformasiya xətti var. İlk transformasiyadan sonra, ikinci mərhələ 2012-2014-cü illərdə baş verdi. Bu zaman bank pərakəndə seqmentə kreditləşmə bankı kimi təqdim edildi və kifayət qədər uğurlu oldu. 2018-ci ildən bankda yenidən aktiv kreditləşmə dövrü başladı və bu proses 2020-ci ilədək davam etdi.  Həmin ildən etibarən isə Unibank bazarda özünün təqdimetməsini dəyişərək, yalnız kredit bankı deyil, müştərinin günlük bütün ehtiyaclarını özündə cəmləyərək  "ilk seçim bankı" olmağı məqsəd qoydu. 2021-2023-cü illəri əhatə edən "Sənin Bankın" adlı yeni inkişaf strategiyası çərçivəsində, 30 illik yubileyimizin təsadüf etdiyi 2022-ci ili "Unibank 3.0" transformasiya ili saya bilərik. "Müştərinin ilk seçim bankı" olmaq üçün yeni ekosistem yaradıldı ki, müştəri bu ekosistemdə ona lazım olan bütün bank məhsul və xidmətlərini 24/7 rejimdə və rahat ala bilsin. Bu ekosistem "Unibank"ın transformasiya olunmuş filial şəbəkəsi (Upoint) , transformasiya olmuş müştəri xidməti prosesləri, yeni kart məhsulu (UCard) və bu kartın xidmət göstərdiyi yeni özünəxidmət aparatları şəbəkəsi (UTM), mobil (UBank) tətbiqidir.
- Bankın hazırkı inkişaf mərhələsini nəzərdə tutan strategiyanın hazırlanmasını şərtləndirən hansı amillər oldu?
- Müasir dövrdə dəyişikliklər o qədər tez- tez baş verir ki, şirkətlər ən azı ildə bir dəfə strategiyalarını nəzərdən keçirməlidirlər. "Unibank"da bu strateji dəyişikliyi şərtləndirən əsas amil dünyada və ölkədə baş verən yeniliklər, bazarda artan rəqabət, potensial imkanlar, müştərilərin tələbkarlığının daha da artması oldu. Bu dəyişikliklərə uyğunlaşmaq üçün Türkiyə və Ukrayna bazarında bu işdə böyük təcrübəsi olan konsultantlarla birgə çox geniş bir bazar araşdırması həyata keçirdik, müştərilərin ehtiyaclarını, istəklərini öyrəndik, gündəlik həyatını müşahidə etdik və onların çətinliklərini, istəklərini ortaya çıxardıq. Bu araşdırmaların nəticəsi olaraq "Sənin Bankın" konsepti yarandı. "Sənin Bankın" konsepsiyasının məqsədi müştəriyə daha yaxın olmaqdır. Yəni Sənin bankın sənin bütün ehtiyaclarını ödəməlidir. Ona görə müştərinin istədiyi bank məhsul və xidmətlərini təklif etdik: çoxfunksiyalı, multivalyutalı UCard-ı müştəriyə təqdim etdik, "Rəqəmsal filial" konseptini yaratdıq, Apple Pay və Google Pay ödəniş imkanları müştərilərin istifadəsinə verildi..
- Demək olar ki, Leobank da bu yeni strategiyadan irəli gələn bir layihədir?
-Bəli. "Sənin bankın" konsepsiyasında araşdırma zaman iki mühüm aspektə diqqət etdik. Birinci - müştərilərin ehtiyac və istəkləri, ikinci isə bu ehtiyacların və istəklərin  bank məhsulları və xidmətləri çərçivəsində həlli. Azərbaycanda ilk dəfə olaraq «mobile-only» (filialsız bank) prinsipinə uyğun olaraq istifadəyə verilən Leobank da müştərilərin istəklərinə, tələblərinə, onların rahatlığına, müştəriyə seçim imkanı yaratmağa yönəlmiş bir layihədir. Leobank-a olan yüksək maraq, çox qısa müddətdə yüzminlərlə müştərinin seçiminə çevrilməsi, layihənin nə qədər müştəriyönümlü olduğunun göstəricisidir. Biz bu bir il ərzində müşahidə etdik ki, müştəri üçün məsafəli bank xidmətlərinin əlçatanlığını təmin edən Leobank mobil bankçılıq xidməti ölkə əhalisinin maliyyə xidmətlərinə marağının əhəmiyyətli dərəcədə artırılmasına xidmət edib. Bu gün Leobank kartlarının 80%-nin gündəlik aktiv kartlar olması da, layihənin müştəriyönümlülüyündən xəbər verir.
- Yeni strategiya çərçivəsində görülən işlər yəqin ki, böyük sərmayə qoyuluşları hesabına başa gəlib?
- Mərkəzində müştəri və onun məmnuniyyəti dayanan bu konsepsiya çoxsaylı və kifayət qədər büdcəli layihələrin icrası ilə müşayiət olunur. Müştərilərimizin istəyinə uyğun olaraq xidmət və məhsulların ən yaxşısını etmək üçün son iki ildə böyük sərmayəli layihələr həyata keçiririk və bu proses davam edir. Bu layihələrin bəzilərinin nəticəsini müştəri indi hiss edir, bəziləri isə yaxın gələcəkdə xidmət və məhsullarımızda hiss olunacaq. UCard, Leobank, UPoint -yeni filial modeli, davamlı təkmilləşdirilən mobil tətbiqlər, xüsusi İT infrastruktur,  daxili prosessinq mərkəzi bu layihələrin yalnız bir hissəsidir. Bütün bu layihələr müştəriləri daha yüksək bank xidmət və məhsulları ilə təmin etmək üçündür.
- İlin sonuna az qalıb, "Sənin Bankın" konsepsiyası çərçivəsində nəzərdə tutulan tədbirləri tam yekunlaşdırdığınızı demək olarmı? Bu iş yəqin ki komandanızın son illərdəki böyük uğurlarından biridir.
- Müştərilərimizin tələbləri, istəkləri davam etdikcə, Sənin Bankın davamlı təkmilləşəcək. Çünki konsepsiyanın  əsas məqsədi davamlı olaraq müştəri məmnuniyyətini təmin etməkdir. Bu böyük dəyişiklik, layihə təbii ki, beynəlxalq ekspertlərin yaxından iştirakı ilə komandamızın gərgin zəhmətinin bəhrəsidir. Amma burda əsas təşəkkür müştərilərimizə düşür. Unibank olaraq biz bu yenilənməyimizi, inkişafımızı, bazardakı yerimizi öz tələbkar müştərilərimizə borcluyuq. Fikir vermisinizsə, bizim müştərilərimiz bazarın ən tələbkar, ən iddialı, xidmətin, məhsulun ən yaxşısını istəyən müştəriləri sırasındadır. Mən üzümü müştərilərimizə tutub demək istəyirəm: Sizin tələbləriniz, istəkləriniz  sayəsində daha sürətli inkişaf yolu keçib, ölkənin ən innovativ banklarından biri olduq. Bizdən hər zaman yüksək bank xidmətləri tələb etdiyiniz üçün sizə təşəkkür edirik. Siz "Unibank"ı ölkənin ən inkişaflı, öncül banklarından birinə çevirdiniz.
Bu illərdə sərfəli təklifləri, loyallıqları ilə daim  yanımızda olan partnyorlarımıza da minnətdarıq. Sonda ən müştəriyönümlü bank olmağa çıxdığımız bu yolda bizimlə addımlayan 1,5 milyondan çox müştərinin hər birinə bir daha loyallıqları və etibarlı olduqları üçün təşəkkür edirəm.
-Maraqlı müsahibəyə görə təşəkkür edirik! / marja.az

Banklar     Tarix: 11 noyabr 2022

Oxşar xəbərlər

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb


iqtisadi xeberler bitkoin qiymeti internetden pul qazanmaq 1000 manatla biznes en son xeberler