Enerji Məsələlərini Tənzimləmə Agentliyi və "Rabitəbank" ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyi və ®Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə "Rabitəbank" ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov və "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədrinin 1-ci müavini Orhan Gültekin imzalayıblar.
İmzalama mərasimi zamanı Rövşən İsmayılov bildirib ki, "Banklarla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə veriləcək güzəştli kreditlər enerji səmərəliliyi layihələrini həyata keçirənlər üçün olduqca əlverişlidir".
Orhan Gültekin isə qeyd edib ki, "Rabitəbank olaraq dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat prinsiplərini dəstəkləyən təşəbbüslərdə aktiv iştirak etmək bankın strateji prioritetlərindən biridir. O vurğulayıb ki, Enerji Effektivliyi Fondunun təqdim etdiyi imkanlar çərçivəsində həyata keçiriləcək layihələr yalnız iqtisadi baxımdan deyil, eyni zamanda ekoloji dayanıqlılıq baxımından da böyük əhəmiyyət daşıyır. Biz inanırıq ki, həm biznes subyektləri, həm də fərdi müştərilər üçün əlçatan olacaq bu mexanizm enerji xərclərinin optimallaşdırılmasına, innovativ texnologiyaların tətbiqinə və ümumilikdə ölkədə enerji effektivliyi mədəniyyətinin formalaşmasına töhfə verəcək".
Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publikhüquqi şəxs statusu ilə yaradılıb.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "Rabita Business" tətbiqi, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi və / banker.az

Banklar     Tarix: 10 aprel 2026

Oxşar xəbərlər

Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü

Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemi olan Bir-in təşəbbüsü və sənaye liderlərinin birgə təsisçiliyi ilə "MoveUP" icması yaradıldı. Yeni qeyri-kommersiya icması Azərbaycanda rəqəmsal inkişafı sürətləndirməy

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində  ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlana

Azərbaycanda fermerlər üçün sığorta qaydaları dəyişdi – 3 MÜHÜM YENİLİK

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Subsidiya Şurasının qərarına əsasən, əkin və bağçılıq subsidiyası üzrə sığorta tələbləri yenilənib. Əsas və təkrar əkin subsidiyasının əldə edilməsi üçün sığortalanmalı olan bitkiləri

"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb

"AFB Bank"ın işçi heyəti ilin ilk yarısında 57 nəfər artıb. xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bankın işçi heyətinin sayında artım dinamikası qeydə alınıb. Məlumata əsasən, 2026-cı ilin 1 yanvar tarixind

"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, PaloAlto Firewall 2026 tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məluma

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq

Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq. xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq

Mərkəzi Bankın valyuta ehtiyatları tarixi maksimuma çatıb – AYLIQ REKORD ARTIM

Mərkəzi Bank bazara müdaxilə etdiyini təsdiqləyib. Sonuncu dəfə bu həddə 2014-cü ilin yayında olmuşdu. Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta ehtiyatları 2026-cı ilin avqust ayında 1 milyard 533,4 milyon ABŞ dollar

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə


iqtisadi xeberler kripto biznes qurmaq bank faizleri valyuta kurslari