"Expressbank" 2022-ci ili 12.4 milyon manat mənfəətlə tamamladı

®Hər il inkişaf edərək uğurlu fəaliyyətini daha da genişləndirən və təkmilləşmə istiqamətində inamla addımlayan "Expressbank" ASC, növbəti maliyyə uğurunu əldə etmişdir. Bank ötən illərdə olduğu kimi, 2022-ci ildə də yüksək statistik göstəricilərə imza atmışdır. Belə ki, 2022-ci ilin maliyyə göstəricilərinə əsasən, "Expressbank" ASC 61.1% artım əldə edərək ötən ili 12.4 milyon manat mənfəətlə başa vurmuşdur.
Aktivlərin həcmi 24.4% böyümüşdür.
2022-ci ilin maliyyə hesabatında bankın bir çox göstəricilərində uğurlu nəticələr qeydə alınmış və bu özünü aktivlərin həcmində də əks etdirmişdir. Nəticələrə baxdıqda görə bilərik ki, 2021-ci il ilə müqayisədə bankın aktivləri 24.4% artaraq 436,956 milyon manat təşkil etmişdir.
Depozitlərin payında 23.7% artım olmuşdur.
Müştərilərinin inamını və etibarını qazanmağı prioritet seçən, daim onların istəklərini nəzərə alan və bu minvalda fəaliyyətini qətiyyətlə davam etdirən "Expressbank" ASC depozitlərin statistikasında da müsbət nəticələr əldə etmişdir. Bankın depozitlərində olan göstərici 23.7% artaraq 193,107 milyon manata çatmışdır. Bu da, öz növbəsində bank və müştəri münasibətlərinin artan tempdə inkişaf etdiyinin və qarşılıqlı inam prinsipinlərinə söykənməsinin təcəssümüdür.
Kredit portfelinin ümumi həcmində 13.5% artım qeydə alınmışdır.
"Expressbank" ASC xidmət və məhsullarında daim müştərilərinin rəyini və ehtiyaclarını nəzərə almışdır. Bankın mütəmadi olaraq həyata keçirdiyi kredit kampaniyalarında sərfəli və uyğun şərtlərlə müştərilərə nağd pul kreditləri təklif edilir. Belə ki, 12 ayın yekunlarına əsasən, istehlak kreditlərinin həcmi 15.5% artaraq 159,369 milyon manat olmuşdur. Sadəcə istehlak kreditlərində deyil, sahibkarlara dəstək olmaq üçün təklif edilən biznes kreditlərinin də həcmi 7.1% artaraq 95,845 milyon manata çatmışdır. Bu isə ölkəmizdə sahibkarlara olan inamın və biznes mühitinin inkişafı istiqamətində dəstəyin bir başqa əyani göstəricisidir.
Əlavə olaraq qeyd etmək istərdik ki, 2022-ci ilin göstəricilərində daşınmaz əmlak kreditlərinin həcmi də 23.4% artaraq 41,870 milyon manat olmuşdur. Ümumilikdə isə bankın kredit portfeli 13.5% artmış və 304,227 milyon manata yüksəlmişdir.
Kapitalın həcmi 129,135 milyon manat təşkil edib.
Bankın əldə etdiyi uğurlu nəticələrdən biri də kapitalın artımında olan göstəricidir. Bu isə dayanıqlı inkişafı və adekvatlılığı özündə ehtiva etdirir. 2022-ci il üzrə bankın kapital həcminə nəzər saldıqda 4.3% artım olduğunu və 129,135 milyon manat civarına çatdığını görə bilərik.
Bankın faiz gəlirləri 14.4% artmışdır.
Ötən ilin nəticələrinə əsasən, bankın faiz gəlirləri 14.4% artmış və 48,258 milyon manat təşkil etmişdir. Habelə nəzərə çarpan müsbət nəticələr özünü qeyri-faiz gəlirlərində də göstərib. Belə ki, bankın qeyri-faiz gəlirləri 33.3% artaraq 18,439 milyon manata çatmışdır.
İqtisadi və maliyyə sektorunda mütəmadi tərəqqi, davamlı inkişaf, gəlir potensialı və şəffaflıq kimi kateqoriyalar üzrə qiymətləndirmə həyata keçirən beynəlxalq "Fitch Ratings" agentliyi "Expressbank" ASC-nin fəaliyyətinə yüksək qiymət verərək, bankın reytinqini "B" səviyyəli "stabil" proqnozu ilə təsdiqləyib.
"Expressbank" ASC həm yerli, həm də beynəlxalq maliyyə mühitində olan yenilikləri izləməyə, bunları öz fəaliyyət istiqamətinə tətbiq edərək daha da təkmilləşməyə davam etməkdədir. Bank bundan sonra da uğurlu işlərə imza atmağa və müştəri məmnuniyyətini təmin etmək üçün mütərəqqi yolda inkişaf etməyə davam edəcəkdir. / banker.az

Banklar     Tarix: 25 yanvar 2023

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin


iqtisadi xeberler 1000 manatla biznes internetden pul qazanmaq valyuta mezennesi bitcoin