Expressbank ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında əməkdaşlığa dair mühüm müqavilə imzalanıb

Expressbank ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında əməkdaşlığa dair mühüm müqavilə imzalanıb®Müqavilə Expressbank ASC-nin İdarə Heyətinin sədri Mehman Məmmədov və Agentliyin İdarə Heyətinin sədri Samir Axundov tərəfindən imzalanıb.
İmzalanmış sənədə əsasən, Enerji Effektivliyi Fondunun vəsaitləri hesabına enerji resurslarından səmərəli istifadəni təşviq edən layihələrin maliyyələşdirilməsi məqsədilə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Bu çərçivədə Expressbank müvəkkil kredit təşkilatı qismində çıxış edərək ayrılan vəsaitləri fiziki və hüquqi şəxslərə təqdim edəcək.
Müqavilə enerji effektivliyi sahəsində layihələrin maliyyələşdirilməsi məqsədilə kiçik və orta sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, onların şərtləri, düzgün və təyinatı üzrə istifadəsinə nəzarət, eləcə də, geri qaytarılması və hesabatlılıq mexanizmlərini əhatə edir; bu çərçivədə əsas məqsəd resurslardan daha səmərəli istifadəni təmin etmək və innovativ yanaşmaları təşviq etməkdir. KOB-un bu imkanlardan faydalanması məqsədilə kreditlər 5% illik dərəcə ilə 15 ilə qədər, maksimum 10 milyon manat məbləğində təqdim olunacaq.
Tədbir zamanı Samir Axundov bildirib ki, banklarla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə veriləcək güzəştli kreditlər enerji səmərəliliyi layihələrini həyata keçirənlər üçün olduqca əlverişlidir və  dəstək rolunu oynayır.
Öz növbəsində, Expressbankın İdarə Heyətinin sədri Mehman Məmmədov qeyd edib ki, bu əməkdaşlıq Expressbank ASC-ın dayanıqlı bankçılıq prinsiplərinə sadiqliyini əks etdirir və enerji səmərəliliyini artıran layihələr vasitəsilə yaşıl iqtisadiyyatın inkişafına töhfə verməyi hədəfləyir. Həmçinin, bu addımların bankın ESG istiqamətində məsuliyyətli maliyyə institutları arasında mövqeyinin möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Qeyd edək ki, bu təşəbbüs ölkədə enerji səmərəliliyinin artırılması və dayanıqlı inkişaf məqsədlərinə töhfə verməklə yanaşı, sahibkarların və vətəndaşların daha əlçatan maliyyə resurslarına çıxışını genişləndirəcək.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Expressbank ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında əməkdaşlığa dair mühüm müqavilə imzalanıbExpressbank ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında əməkdaşlığa dair mühüm müqavilə imzalanıb/ banker.az

Banklar     Tarix: 08 aprel 2026

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic


iqtisadi xeberler kicik biznes bank faizleri birbank dollarin kursu bu gun