Expressbank-ın "Gənc Bankirlər" proqramı davam edir
®Expressbank-ın "Express Maarifləndirmə" layihəsi çərçivəsində keçirdiyi "Gənc Bankirlər" proqramı bu dəfə Xəzər Universitetində baş tutdu. Layihə gənclərin maliyyə, iqtisadiyyat və bank sahəsi üzrə bilik və bacarıqlarının artırılması məqsədi ilə keçirilir.
Proqram müddətində Expressbank əməkdaşları müsahibədə uğurlu olmağın sirlərini tələbələrlə paylaşıb və gələcək karyeralarında onlara faydalı olacaq tövsiyələr veriblər. Həmçinin tələbələr bankla tanış olub, satış və xidmət texnologiyaları, müştəri münasibətləri və işə qəbul prosesi mövzuları haqqında məlumatlandırılıb. Onlar real satış keyslərini praktiki olaraq həyata keçirib, eyni zamanda müsahibədə doğru davranış modeli ilə tanış olublar.
Qeyd edək ki, "Gənc Bankirlər" proqramı ötən il ADA və Azərbaycan Dövlət İqtisad Universitetində keçirilib. Proqramın əsas məqsədlərindən biri bank sahəsinin inkişafına və gənclərin banka aid biliklərinin təkmilləşdirilməsinə dəstək olmaqdır. Tələbələrin layihəyə olan marağını nəzərə alaraq proqramın növbəti illərdə də keçirilməsi planlanır.
Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.




/ banker.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
İKEA şirkətinin tarixi
Biznes qurmaq üçün nə lazımdır?
Layihə menecmenti nədir?
Biznes təlimlər və tədris üsulları
SMM nə deməkdir?