"Expressbank" və Azərbaycan Dövlət İqtisad Universiteti arasında memorandum imzalandı
®Sadəcə bank və maliyyə sektorunda deyil, təhsil və karyera planlaması sahəsində də uğurlu fəaliyyətini davam etdirən "Expressbank", gənclərin və tələbələrin inkişafına dəstək olmaqdan, bu istiqamətdə səmərəli işlərini və əməkdaşlığını genişləndirməkdən məmnunluq duyur.
Daha bir sıx və uğurlu əməkdaşlığın təməli isə Azərbaycan Dövlət İqtisad Universitetində atılmışdır. Belə ki, 26 oktyabr 2022-ci il tarixində "Expressbank" ASC-nin İdarə Heyətinin sədri Mehman Məmmədov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun iştirakı ilə "Expressbank" ASC və "UNEC" arasında gələcək əməkdaşlığa dair memorandum imzalanmışdır.
Görüş zamanı müasir dövrdə maliyyə təşkilatları ilə universitetlərin sıx əməkdaşlığının nəticələri, müəyyən bacarıqların həlledici əhəmiyyəti və digər strateji məsələlər haqqında faydalı müzakirələr aparılmışdır. Həmçinin, bank və universitet arasında olan əməkdaşlığın daha intensivləşdirilməsi və inkişafı nəzərdən keçirilmişdir. "Expressbank" daim tələbələrin inkişaf yolunda onların yanında yer almaqdan və dəyər yaradan bank olmaqdan məmnundur və bu yöndə olan məhsuldar fəaliyyətini davam etdirəcəkdir.



/ banker.az

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İnstaqramda biznes qurmağın yolları
Ən bahalı otellər hansılardır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Biznes qurmaq üçün nə lazımdır?