"Expressbank" xarici pul köçürmələri üzrə coğrafi arealını genişləndirdi
(®) Göstərdiyi yüksək və peşəkar bank xidmətləri ilə müştəriləri arasında inam və yüksək etimad qazanan "Expressbank", həm xidmət, həm də bank məhsulları üzrə olan keyfiyyət səviyyəsini mütəmadi olaraq artırmaqdadır.
"Expressbank" daim müştərilərinin məmnuniyyəti üçün innovativ və müasir maliyyə standartlarına cavab verən bank xidmətlərini inkişaf etdirməyi əsas fəaliyyət prinsiplərindən biri olaraq qəbul edir. Bu minvalla fəaliyyətini davam etdirən bank, müştərilərinin xarici ölkələrə olan pul köçürmələrini daha əlçatan və operativ şəkildə etmələri üçün əlavə təkmilləşdirmə planını icra etmişdir.
Bir müddət bundan öncə "Expressbank"ın Qazaxıstan Respublikasının "Halyk Bank"ında müxtəlif xarici valyutalarda (ABŞ dolları, AVRO və KZT) olan "nostro" müxbir hesabları açılmışdır. Bununla da bankın müştəriləri bu hesab vasitəsilə xarici pul köçürmələrini dünyanın istənilən istiqamətinə daha sürətli, təhlükəsiz və rahatlıqla edə bilərlər.
Xüsusilə qeyd etmək istərdik ki, "Expressbank"ın korporativ müştəriləri "VISA B2B Connect" rəqəmsal ödəmə platforması üzərindən də xarici pul köçürmələrini operativ şəkildə həyata keçirə bilərlər.
"VISA B2B Connect" rəqəmsal ödəmə platforması haqqında ətraflı məlumatı linkinə keçid edərək əldə edə bilərsiniz. / marja.az

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İnstaqramda biznes qurmağın yolları
Ən bahalı otellər hansılardır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Biznes qurmaq üçün nə lazımdır?