"EY İlin İş Adamı" müsabiqəsinin qalibi elan edildi

®Azərbaycanda dördüncü ildir ki, keçirilən "EY İlin İş Adamı" müsabiqəsi başa çatıb. Fevralın 16-da JW Marriott Absheron otelində təşkil edilmiş tədbirdə qalib elan edilib. ABB-nin dəstəyi ilə keçirilən müsabiqənin əsas qalibi "Simbrella" şirkətinin baş direktoru və təsisçisi Seymur Məmmədov olub. O, Azərbaycanı "Dünya Üzrə İlin İş Adamı" müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edəcək. "Simbrella" şirkəti maliyyə texnologiyaları (FinTech) sahəsində qlobal miqyasda fəaliyyət göstərən Azərbaycan şirkətidir. Qalib biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələri və tanınmış şirkət rəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 13 namizəd arasından seçilib. 
"İnnovasiya" nominasiyasında isə "Pickvisa" şirkətinin təsisçisi Baba Ağayev, "Sosial təsir" nominasiyasında "CinemaPlus" kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə, "Regional inkişaf" nominasiyasında "Savalan ASPI Winery"nin rəhbəri Fuad Seyidəliyev təltif olunub. 
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Bankın artıq dördüncü ildir ki, "EY İlin İş Adamı" müsabiqəsinə dəstək verdiyini diqqətə çatdırıb: "Bu müsabiqə yenilikçi iş adamlarımızı cəmiyyətimizə tanıdır, sağlam rəqabət mühiti yaradır, sahibkarlarımızı ruhlandırır ki, həmişə ən yaxşı olmaq uğrunda çalışsınlar. Bütün bunlar ölkəmizin biznes mühitinə mühüm töhfələrdir. "EY Azərbaycan" şirkəti bu müsabiqəni Azərbaycana gətirməklə çox gözəl bir ənənənin əsasını qoydu. Müsabiqənin niyyəti ABB olaraq bizim korporativ dəyərlərimizlə, sosial məsuliyyət prinsiplərimizlə tam üst-üstə düşür. Ona görə "EY İlin İş Adamı Müsabiqəsi"nə dəstək veririk və ölkəmizdə belə bir faydalı ənənənin formalaşmasında yaxından iştirakımızla qürur duyuruq".
"EY Azərbaycan" şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev deyib: "Son illərdə pandemiya və geosiyasi məsələlər qlobal dəyişikliklərə səbəb olub. Bunlar həm Azərbaycanda, həm də dünyanın digər ölkələrində fəaliyyət göstərən sahibkarların bizneslərinə öz təsirini göstərib. "EY"ın ölkəmizdə təşkil etdiyi bu müsabiqənin məqsədi yaşanan çətinliklərə baxmayaraq sahibkarlıq ruhunu üstün tutmuş və yollarına davam etməyə qərar vermiş layiqli şəxsiyyətləri qiymətləndirməkdir. İnanıram ki, bu əzm və dayanıqlılıq nümayiş etdirən insanlar bazarda yaşanan tənəzzülün öhdəsindən uğurla gələrək digərlərini ruhlandırmağa və bizneslərin inkişafı üçün çalışmağa davam edəcəklər. "EY şirkəti, yaşadıqları və fəaliyyət göstərdikləri cəmiyyət üçün dəyər yaradan, olduqca maraqlı uğur hekayəsi olan  "EY İlin İş Adamı" müsabiqəsinin iştirakçılarını mükafatlandırmaqdan qürur duyur" – deyə o, əlavə edib.
bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: "Biz "EY İlin İş Adamı" müsabiqəsini dəstəkləməyə davam etməkdən məmnunuq, çünki o, sahibkarlığın uğurlarını və yerli müəssisələrin nailiyyətlərini tanıyır və üzə çıxarır. Bu məqsəd bp şirkətinin sahibkarlığın və yerli təchizat zəncirlərinin inkişafına yönəllmiş səyləri ilə üst-üstə düşür".
Müsabiqənin qalibi, "Simbrella" şirkətinin baş direktoru və təsisçisi Seymur Məmmədov bildirib: "İştirakçılarla tanış olanda mən başa düşdüm ki, hər kəs qalib olmağa layiqdir. Onlarla birlikdə finalda iştirak etmək mənim üçün şərəfdir. Seçilməyimi gözləməsəm də bu, mənim üçün çox sevindirici və qürurvericidir".
EY şirkəti tərəfindən təsis edilmiş "EY İlin İş Adamı" müsabiqəsi 1986-cı ildən keçirilir. Hazırda 60-dan çox ölkədə təşkil olunur və dünyanın ən nüfuzlu işgüzar mükafatlarından sayılır. "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının uğurlarını nümayiş etdirməkdir. ABB-dən başqa bu il bp, Veysəloğlu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), EKVİTA şirkəti və AZPROMO da müsabiqəyə dəstək verib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.  / banker.az

Banklar     Tarix: 17 fevral 2023

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind


iqtisadi xeberler online pul qazanmaq investisiya dollar mezenne en son xeberler