FED faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankı (FED) faizini dəyişməyərək 5,25-5,50 faiz aralığında saxlayıb. Qərar yekdilliklə qəbul edilib.
Marja xəbər verir ki, iqtisadçıların proqnozu faiz diapazonunun bu səviyyədə qalacağı idi.
FED açıqlamasında daha sərt maliyyə və kredit şərtlərinin iqtisadiyyata təsirini davam etdirəcəyini bildirib.
FED-in açıqlamasında əvvəlki mətndən fərqli olaraq "Maliyyə şərtləri" əlavə edilib və "Ev təsərrüfatları və müəssisələr üçün sərt maliyyə şərtləri və kredit şərtlərinin iqtisadi fəaliyyətə, işə qəbula və inflyasiyaya təzyiq göstərməsi ehtimalı var" deyilir.
Açıqlamada, son göstəricilərin üçüncü rübdə iqtisadi aktivliyin güclü artımına işarə etdiyi bildirilib. İşsizlik səviyyəsinin aşağı səviyyədə qaldığı və "ilin əvvəlindən məşğulluq artımlarının yavaşladığı, lakin güclü qalmağa davam etdiyi" bildirilib. İnflyasiyanın yüksək olaraq qaldığı və inflyasiya risklərinin çox diqqətlə izləndiyi vurğulanıb.
Mətndə bank sisteminin sağlam və davamlı olduğu bildirilib.
FED sentyabr iclasında faiz dərəcələrində dəyişiklik etməyib və FED rəsmiləri bu il üçün daha bir artım proqnozlaşdırıblar.
FED 2022-ci ilin mart ayından bu yana faiz dərəcəsini cəmi 5,25 faiz bəndi artırıb. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Bitcoin nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Dünyanın ən varlı 10 müğənnisi
Shopify-da necə satışa başlamaq olar?
Dünyada ən çox oxunan 5 kitab