"Fitch" Azərbaycan banklarını qiymətləndirib: Kapital buferlərinin azalması fonunda güclü göstəricilər

Azərbaycanda kreditləşmənin sürətli artımı və dividend ödənişləri bankların kapital buferlərinin azalmasına gətirib çıxarıb, bununla belə, ümumilikdə 2026-cı ildə sektorun kapitallaşma səviyyəsinin sabit qalacağı gözlənilir.
"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin məlumatına əsasən, buna Azərbaycan banklarının yüksək mənfəətliliyi və aktivlərin mülayim artım templəri töhfə verəcək.
Agentliyin qiymətləndirməsinə görə, Azərbaycan, Ermənistan və Gürcüstan banklarının kredit göstəriciləri güclü olaraq qalır və hələ də tarixi normaları üstələyir: "Sektora iqtisadi artımın yüksək templəri, suveren kredit profillərinin yaxşılaşması və Ukraynada davam edən münaqişənin dolayı təsirləri dəstək verib".
"Fitch" qeyd edib ki, 2022-ci ildən 2025-ci ilin doqquz ayına qədər olan dövrdə region bankları rekord mənfəətlilik nümayiş etdiriblər: "Faiz dərəcələrinin artırılması fonunda xalis faiz marjası 1-2 faiz bəndi artıb. Ermənistan və daha az dərəcədə Gürcüstan bankları tranzit ticarəti, miqrasiya və Rusiyadan gələn köçürmələr ilə bağlı komissiyaların artması hesabına əlavə gəlir əldə ediblər. Azərbaycanda isə mənfəətlilik ötən illərin problemli aktivləri üzrə risklərin azalması hesabına dəstəklənib".
Agentlik vurğulayıb ki, Ermənistan və Gürcüstanda kapitalın adekvatlıq əmsalları yüksək mənfəət və ciddi tənzimləmə tələbləri sayəsində dayanıqlı olaraq qalır. Bank aktivlərinin keyfiyyəti hər üç ölkədə yaxşılaşıb, lakin problemli kreditlərin payının daha da azalması hazırkı səviyyələrin aşağı olması səbəbindən məhdudlaşa bilər.
"Fitch"in məlumatına görə, 2021-ci ildən bəri aktivlərin keyfiyyətində ən nəzərəçarpacaq yaxşılaşma Azərbaycan banklarında müşahidə olunub. Buna milli valyutada daha şaxələndirilmiş kreditləşməyə keçid və borcalanların ödəmə qabiliyyətinə dair tələblərin sərtləşdirilməsi töhfə verib.
Agentliyin məlumatına əsasən, regionda dollarlaşma səviyyəsi aşağı düşüb, lakin Gürcüstanda (2025-ci ilin üçüncü rübünün sonuna kreditlərin 42 %-i) və Ermənistanda (34 %-i) yüksək olaraq qalır. Azərbaycanda xarici valyutada kreditlərin payı əhəmiyyətli dərəcədə aşağı (14 %) olub. Bu isə manatın ABŞ dollarına effektiv bağlılığı və xarici valyutada kreditləşmənin sərt qaydaları ilə izah edilir.
Bununla yanaşı, bildirilib ki, bank sektorunun likvidliyi komfortlu səviyyədə qalır. Bununla belə, depozit axınının normallaşması fonunda 2025-ci ilin sentyabr ayının sonuna Ermənistan və Gürcüstanda kreditlərin depozitlərə münasibətdə orta sahəvi əmsalı 105 %-i (2022-ci ilin sonundakı müvafiq olaraq 82 % və 101 %-ə qarşı) ötüb. Azərbaycanda bu göstərici 80 % təşkil edib.
Regionun banklarının reytinqləri "B"-"BB+" diapazonunda dəyişir. Gürcüstanın (BB/Stable) və Ermənistanın (BB-/Positive) ən böyük banklarının reytinqləri onların suveren dövlətlərinin reytinqlərinə uyğundur.
Eyni zamanda Azərbaycan banklarının reytinqləri ölkənin suveren reytinqindən (BBB-/ Stable) aşağı olaraq qalır ki, bu da onların müstəqil kredit profillərinə və əməliyyat mühitinə verilən qiyməti (bb-/ stable) əks etdirir. "Fitch" hesab edir ki, tənzimlənmənin daha da gücləndirilməsi və dayanıqlı maliyyə göstəriciləri Azərbaycan banklarının reytinqlərinin yüksəlməsinə şərait yarada bilər. / banker.az

Banklar     Tarix: 03 fevral 2026

Oxşar xəbərlər

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə


iqtisadi xeberler valyuta kurslari bank faizleri valyuta mezennesi dollarin kursu bu gun