Fitch: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 9.25%-ə çatdıracaq
"Fitch Solutions" beynəlxalq reytinq agentliyi 2023-cü ildə Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu yeniləyib.
"Fitch Solutions" 2023-cü ildə Azərbaycan Mərkəzi Bankının yenidən maliyyələşdirmə dərəcəsini 9.25% səviyyəsinə qədər artıracağını proqnozlaşdırıb. Bu isə agentliyin aprel proqnozu ilə eynidir.
Agentlik əvvəlki hesabatında bildirmişdi ki, inflyasiyaya təsir edən qiymət təzyiqləri tədricən azalacaq, lakin pandemiyadan əvvəlki 2.5-3.0% səviyyəsindən yüksək olaraq qalacaq.
"Fitch Solutions" həmçinin, manatın məzənnəsinin 2023-cü ildə sabit qalacağını müəyyən edib.
Qeyd edək ki, hazırda AMB-nin uçot faiz dərəcəsi 9.0%, faiz dəhlizinin aşağı həddi 7.5%, yuxarı həddi isə 10.0% təşkil edir. AMB növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını iyulun 26-da açıqlayacaq. / banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Dünyanın ən zəngin idmançıları
Biznes planı necə yazmaq lazımdır?
5 liderlik göstəricisi
Bitcoin nədir?
Milyonlar qazandıran qəribə biznes ideyaları