"Fitch" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi neft və qeyri-neft iqtisadiyyatlarında 2023-cü ilin ilk yarısında yaşanan azalmanın ardından Azərbaycanda bu il iqtisadi artımın 1,8% təşkil edəcəyini proqnozlaşdırıb.
Bu barədə beynəlxalq reytinq agentliyi məlumat yayıb.
"Fitch" qeyd edib ki, 2024-2025-ci illərdə qeyri-neft sektorunda artımı hesabına iqtisadi artımın orta hesabla 2,3% olacağı gözlənilir.
Yeni neft hasilatı enerji sektorunda azalmanı (2022-ci ildə 7,6% azalaraq gündə 676,000 barel) yavaşlada bilər. Bundan əlavə, Avropaya ixrac həcmini artırmaq üçün satınalma müqavilələri yekunlaşarsa, təbii qaz hasilatının daha da artacağı gözlənilir.
Agentlik bununla belə hesab edir ki, dövlət böyük həcmdə iştirakçılığı, idarəetmə ilə bağlı çətinliklər, maliyyə resurslarına məhdud çıxış, qeyri-neft sektoruna investisiyaların aşağı olması iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irəliləyişə mane olur.
Həmçinin oxu
Fitch Azərbaycanın defolt reytinqini təsdiqlədi
© APA / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
ZARA-nın uğur hekayəsi
Az pulla hansı işi qurmaq olar?
McDonalds haqqında maraqlı faktlar
Swift nədir?