"Fitch Ratings" Expressbank-ın reytinqlərini yüksəltdi
®Beynəlxalq "Fitch Ratings" agentliyi Expressbank-ın reytinqini yenidən qiymətləndirərək, gözlənti stabil olmaqla "B+" səviyyəsinə yüksəldib. Beləliklə, Expressbankın Dayanıqlılıq və Emitentin uzunmüddətli defolt reytinqi B səviyyəsindən B+ səviyyəsinə qalxıb.
Agentlik reytinq artımını ölkədə əməliyyat mühitinin inkişafı və Expressbankın son illərdə maliyyə göstəricilərini əhəmiyyətli dərəcədə gücləndirməsi ilə əlaqələndirib. Fitch ekspertləri Bankın cəmi likvid aktivlərinin depozitlərin üçdə birini təşkil etməsi ilə Bankın adekvat likvidlik buferinin olduğunu qeyd edib. Həmçinin bu göstəricilərin yaxın gələcəkdə uğurla davam edəcəyinin gözlənildiyi vurğulanıb.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Başqa söz ilə, Bankın dövr ərzində göstərdiyi uğurlu maliyyə nəticələri – aktivlərinin keyfiyyəti və kapital həcmi, risk profilinin yaxşılaşması Dayanıqlılıq reytinqinin yüksəldilməsinə əsas verib.
Eləcə də hesabatda Expressbankın aktivlərinin sektorda 1% təşkil etdiyini, Dayanıqlılıq reytinqinin daha da yüksəlməsi üçün Bankın gəlirlərini diversifikasiya etməsi tövsiyə olunub.
Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Expressbank – İşiniz rahat getsin! / banker.az

Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
Biznes planı necə yazmaq lazımdır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
1000 manatla hansı biznesi qurmaq olar?
Françayzinq nədir və necə olur?
Marketinq nə demədir?