"Gələn il "BirBank İnvestisiya"nı istifadəyə verməyi planlaşdırırıq"
"Kapital Bank"ın ayrıca broker şirkətinin yaradılması planlaşdırılmır".
Marja.az-ın məlumatına görə, bunu "Kapital Bank"ın İdarə Heyətinin sədri, Baş icraçı direktoru Fərid Hüseynov media nümayəndələri ilə görüşündə bildirib.
"Azərbaycan bankları gələn ilin əvvəlindən başlayaraq bir sıra broker xidmətlərini (investisiya xidmətlərini - red) göstərə biləcəklər. Bunun üçün mexanizmlər hazır olmalı və banklar müəyyən prosedurlardan keçməlidirlər. "Kapital Bank"ın bu istiqamətdə gələn il yeniliyi olacaq. Biz "BirBank İnvestisiya" mobil tətbiqini istifadəyə verməyi nəzərdə tuturuq. Bu 2024-cü ilin birinci və ya ikinci rübündə baş tuta bilər. Bizim müştərilər "BirBank İnvestisiya" mobil tətbiqinin köməyi ilə həm beynəlxalq, həm də yerli bazarlarda investisiya edərək biləcəklər",- Fərid Hüseynov deyib.
Qeyd edək ki, bir müddət əvvəl də "Kapital Bank" birjaya giriş, qiymətli kağızların alqı-satqısını həyata keçirmək imkanını verən "BirBank"ın investisiya modulunun tətbiqini planlaşdırıldığını açıqlamışdı.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Ən çox gəlir gətirən onlayn bizneslər
ZARA-nın uğur hekayəsi
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Onlayn biznes ideyaları