Gəncədə ümumi məhsul istehsalı 50%-ə yaxın artıb

Gəncədə ümumi məhsul istehsalı 50%-ə yaxın artıb2022-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri açıqlanıb.
Gəncə şəhər Statistika İdarəsindən Marja-ya verilən məlumata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında 933,6 milyon manat həcmində və ya 2021-ci ilin müvafiq dövrünə nisbətən 49,9 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, məhsul və xidmətlərin 82,5 faizi iqtisadiyyatın qeyri-dövlət sektorunun payına düşmüş və keçən ilin eyni dövrünə nisbətən 1,0 faiz artmışdır. ÜMB-nin həcmində istehsal sahələrinin xüsusi çəkisi 59,7 faiz, xidmət sahələrinin xüsusi çəkisi 40,3 faiz təşkil edir. 
Əhalinin hər nəfərinə düşən ÜMB 2777,1  manata bərabər olmuşdur.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 483,6 milyon manat (51,8 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 1,9 milyon manat (0,2 faiz), tikintidə 72,1 milyon manat (7,7 faiz), nəqliyyat və anbar təsərrüfatında 40,2 milyon manat (4,3 faiz), informasiya və rabitədə 5,4 milyon manat (0,6 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 330,4 milyon manat (35,4 faiz) təşkil etmişdir. 
Ümumi məhsul buraxılışı, sənayedə 2,1 dəfə, tikintidə 40,6 faiz, nəqliyyat və anbar təsərrüfatında 56,9 faiz, informasiya və rabitə xidmətlərində 9,2 faiz artmış, kənd təsərrüfatında 3,3 faiz, ticarət; nəqliyyat vasitələrinin təmirində 11,9 faiz faiz azalmışdır.
Sənayenin vəziyyəti 
2022-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 483,6 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Məhsulun və xidmətlərin 94,4 milyon manatı, yaxud 19,5 faizi dövlət sektorunun sənaye müəssisələri, 389,2  milyon manatı, yaxud 80,5 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən is tehsal edilmişdir.
Sənayedə muzdla çalışan 6668 nəfər işçinin (dövlət sektorunda 3860 nəfər,  qeyri-dövlət sektorunda 2808 nəfər) hər birinə verilən orta aylıq əmək haqqı 599,2 manat təşkil etmişdir. Dövlət sektorunda işçilərin orta aylıq əmək haqqı 573,3 manat, qeyri-dövlət sektorunda 634,8 manat təşkil etmişdir.   
Emal sektorunun müəssisələri tərəfindən 388,6 milyon manati, yaxud  80,4 faizi qeyri-dövlət sektoruna aid olmaqla 440,3 milyon manatlıq  məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 115,8 milyon manat qida məhsulları istehsalı, 8,2 milyon manat içki, 222,0 milyon manat metallurgiya sənayesi məhsulları, 51,7 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 42,6 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir. Cari ilin yanvar-sentyabr ayları ərzində 135,0 ton makaron, 83,8 min dekalitr araq, 87,3 min dekalitr şərab, 489 ədəd traktor, 224 ədəd MAZ yük avtomobili, 17136,4 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 117 ədəd sair qoşqular və 6762 ədəd elektron, 123685 ədəd mexaniki su sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2022-ci il yanvar-sentyabr ayları ərzində 27,4 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 15,6 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. 
İnvestisiyalar və tikinti
Əsas kapitala yönəldilmiş vəsaitlər. Gəncə şəhərində 2022-ci ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 78,3 milyon manat məbləğində vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 54,0 faizi dövlət, 46,0 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 72,9 milyon manatı və ya 92,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Tikinti müəssisələrinin fəaliyyəti. Gəncə şəhərində 2022-ci ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən  yerinə yetirilmiş tikinti işlərinin ümumi həcmi 23,4 milyon manat təşkil etmiş və ümumi tikinti işlərinin 16,2 milyon manatını, yaxud 69,1 faizini hüquqi şəxslərin gördüyü işlər, 7,2 milyon manatını və ya 30,9 faizini isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin gördüyü işlər təşkil etmişdir. 
Ümumi tikinti işlərinin 48,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 42,6 faizini əsaslı təmir, 5,9 faizini cari təmir, 3,3 faizini sair işlər təşkil etmişdir. 
Kənd təsərrüfatı
haqqında2022-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində 61,2 ha əkin (ondan 29,0 hektar dənlilər  və dənli paxlalı bitkilər, 32,2 hektar tərəvəz bitkiləri) aparılmışdır. 2022-ci il oktyabr ayının 1-nə kimi tarlalardan 64,0 ton dənlilər və dənli paxlalı bitkilər, 112,6 ton tərəvəz, 653,8 ton meyvə və giləmeyvə, 443,1 ton üzüm toplanmışdır.                                                                                                               
2022-ci ilin oktyabr ayının 1-i vəziyyətinə təsərrüfatlarda 950 baş iribuynuzlu mal-qara (ondan 388 baş inək və camış), 1692 baş qoyun və keçi, 27 baş donuz mövcud olmuşdur. 
Gəncə şəhərində 2022-ci ilin  yanvar-sentyabr aylarında heyvandarlıq bölməsində 49,3 ton ət diri çəkidə, 304,5 ton süd, 320 min ədəd yumurta, 2,8 ton yun istehsal edilmişdir. 2021-ci ilin müvafiq dövrünə nisbətən süd istehsalı 123,6 ton (28,9 faiz), ət istehsalı 7,5 ton (13,2 faiz), yumurta istehsalı 154 min ədəd (32,5 faiz) azalmış, yun istehsalı isə 0,2 ton (7,7 faiz) artmışdır. 
2022-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının  ümumi məhsulu faktiki qiymətlərlə 1853,7 min manat, o cümlədən bitkiçilik məhsulları 1279,9 min manat, heyvandarlıq məhsulları 573,8 min manat təşkil etmişdir. 
Nəqliyyat, infomasiya və rabitə  
Nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2022-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhəri üzrə ilkin məlumatlara əsasən 53,1 milyon nəfər sərnişin daşınmış, avtomobil nəqliyyatı sahəsində 3,0 milyon ton yük daşınmışdır. 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən sərnişin daşınması 30,8 faiz artmış, yük daşınması isə 15,1 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələri tərəfindən 2022-ci ilin yanvar-sentyabr aylarında 5,4 milyon manatlıq xidmət göstərilmiş, xidmətlərin 97,9 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən xidmətlərin dəyəri 9,2 faiz artmış, əhaliyə göstərilmiş xidmətlərin dəyəri isə 8,2  faiz artmışdır.
Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 80,3 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 19,7 faiz təşkil etmişdir.
Demoqrafik göstəricilər
Ərazisi 125 kvadrat kilometri (rəsmi mənbələrdə 110 kv.km) əhatə edən Gəncə şəhərinin əhalisinin sayı ilkin hesablamalara əsasən 2022-ci  ilin yanvar-sentyabr ayları ərzində 745 nəfər artaraq 1 oktyabr 2022-ci il vəziyyətinə 336 min 539 nəfərə çatmışdır. Əhalinin 153 min 89 nəfəri (45,5 faiz) Nizami rayonunda, 183 min 450 nəfəri (54,5 faiz) isə Kəpəz rayonunda yaşayır. Əhalinin 48,8 faizi (164 min 298 nəfər) kişilərdən, 51,2 faizi (172 min 241 nəfər) isə qadınlardan ibarətdir. 
2022-ci ilin yanvar-sentyabr aylarında şəhərdə 2224 doğulan körpə qeydə alınmışdır. Doğulanların 1218 nəfərini (54,8 faiz)  oğlanlar, 1006 nəfərini (45,2 faiz)  qızlar təşkil edir.
2022-ci ilin 9 ayında 1630 ölüm halı qeydə alınmışdır.
2022-ci ilin yanvar-sentyabr aylarında şəhərdə qeydiyyat şöbələri tərəfindən 1226 nikaha daxilolma və 428 boşanma halları qeydə alınmışdır.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində daimi yaşamaq üçün Gəncə şəhərinə 371 nəfər gələn, şəhərdən 220 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu şəhər üzrə müsbət 151 nəfər təşkil etmişdir.
Gəncədə ümumi məhsul istehsalı 50%-ə yaxın artıb/ marja.az

Maliyyə     Tarix: 05 noyabr 2022

Oxşar xəbərlər

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqardın bazar ertəsi günü Berlində çıxışı zamanı səsləndirdiyi fikirlər fonunda avro dollar qarşısında bir qədər bahalaşdı. Lakin, bu gün səhər saatlarında ABŞ dolları ö

Azərbaycanın peyk telekommunikasiya xidmətləri ixracından 4 aylıq gəliri açıqlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın may sayını təqdim edib. . İcmala əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos

Digital Card nədir?

Digital Kart və ya rəqəmsal kart adlandırdığımız bu kartlar plastik kartlarla demək olar ki, eyni funksiyaları daşıyır. Əksər banklar onlayn mühitlə ayaqlaşmaq üçün rəqamsal bankçılıqlarını inkişaf etdirir və uğurlu nəticələ

Sumqayıt Kimya Sənaye Parkının rezidenti ilk ixracını həyata keçirib

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Kartaş Kimya" MMC ilk dəfə olaraq məhsul ixracına başlayıb. Agentliy

Qlobal bazarlarda son vəziyyət

ABŞ prezidenti Donald Tramp və "Tesla" şirkətinin rəhbəri Elon Mask arasında yaranan münaqişə, həmçinin, ABŞ və Çin arasında London görüşlərinin keçirilməsi fonunda beynəlxalq birjalarda ötən həftənin sonu və car

Nazir: Sadələşmiş vergi limitinin artırılması ilə bağlı təkliflər hökumətə təqdim edilib

Sadələşmiş vergi ilə bağlı 200 min manat limitinin artırılması ilə bağlı təkliflər hökumətə təqdim edilib. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbayca

Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar 23 %-dən çox azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 milyard 64 milyon 943 min manat təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2024-cü ilin eyni dövr

Qlobal bazarlarda son vəziyyət günə baxış

Ötən gün ABŞ-da biznes aktivliyinə dair göstəricilərin proqnozların üzərində dərc olunması fonunda dollar major valyutalar qarşısında bir qədər bahalaşdı. Lakin, bugün səhər saatlarında ucuzlaşaraq dünən qazandığı dəyər

Bu rayonda yığılan kartofun yarıdan çoxu xaricə ixrac olunub

Cəlilabad rayonunda sahələrdə yetişdirilən yazlıq kartofun yığımı davam edir. Fermerlər bildiriblər ki, məhsul Rusiya bazarları ilə yanaşı, Gürcüstan, Belarus, Qazaxıstan və Ukraynaya da ixrac olunur. VTB-də minimal fai


iqtisadi xeberler rubl mezenne online pul qazanmaq bank faizleri emlak xeberleri