"Greentek Group"un fəaliyyətinə məhdudiyyət qoyuldu
Azərbaycan Mərkəzi Bankı"Greentek Group"un bütün ödəniş xidmətlərinin müvəqqəti olaraq dayandırılması barədə göstəriş verib.
Biznes.az xəbər verir ki, xidmətləri içərisində ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisnadır. Mövzu ilə bağlı AMB-dən bildirilib. Göstəriş Azərbaycan Mərkəzi Bankı (AMB) qanun pozuntularına görə verilib.
Məlumatda bildirilib ki, AMB tərəfindən "Greentek Group" MMC-də həyata keçirilən plandankənar yoxlama çərçivəsində istifadəçilərə ödəniş hesablarının qanunvericiliyin tələblərinə uyğun qaydada açılmadığı, internet resurslar vasitəsilə aparılan qanunsuz fəaliyyətlərin qarşısının alınmasında xətalara yol verilməsi faktlarının aşkar edilməsi ilə əlaqədar olaraq, "Mərkəzi Bank haqqında" Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddələri rəhbər tutularaq, lisenziya çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) müvəqqəti olaraq dayandırılması barədə göstəriş verilib.

Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Necə Bitcoin almaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyada ən çox oxunan 5 kitab
McDonalds haqqında maraqlı faktlar