"Hadisələrin xəritəsi" adlı yeni layihə üzərində iş aparırıq"
İnkişaf mərhələsini nəzərə alaraq növbəti dövrdə innovativ yanaşmalar və müştəri məmnuniyyətinə əsaslanan dəyişikliklərlə sığorta sektorunda yeni tətbiqlər həyata keçiriləcək.
Bu sözləri İcbari Sığorta Bürosunun (İSB) İcraçı direktoru Vüsal Məsiyev büronun 2025-ci ildə icra olunmuş strateji layihələri üzrə hesabatının təqdimatında deyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Onun sözlərinə görə, Azərbaycanda icbari sığorta bazarı böyük potensiala malikdir və bu potensialın reallaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
"İSB-nin əsas məqsədi icbari sığorta sisteminin sabitliyinin təmin edilməsi, sığorta olunanların və üçüncü şəxslərin maraqlarının qorunmasıdır. Son illərdə bu sahədə texniki və institusional islahatlar aparılıb, kadr potensialının gücləndirilməsi, həmçinin ictimaiyyətin sığorta savadlılığının artırılması istiqamətində mühüm addımlar atılıb. İSB "Hadisələrin xəritəsi" adlı yeni layihə üzərində iş aparır. Bu layihə Mərkəzi Bankla birgə dəfələrlə müzakirə olunub. Layihəni həm Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həm də Daxili İşlər Nazirliyi ilə paylaşmağı planlaşdırırıq. Toplanan məlumatları emal edərək sığorta sektoru və dövlət qurumları üçün faydalı analitik resursa çevirmək niyyətindəyik", - deyə Vüsal Məsiyev əlavə edib.
Vüsal Məsiyevin sözlərinə görə, layihə vətəndaşların əmlakına və sağlamlığına dəyən zərərlərin minimuma endirilməsinə töhfə verə bilər: "Əsas məqsədimiz odur ki, vətəndaşlarımız daha az zərər görsün, eyni zamanda, riskli hadisələrin sayı azalsın".
© Azərtac / marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Dünyanın ən zəngin idmançıları
Bitcoin nədir?
"Freelance" nədir?