IFC Azərbaycan bankına $20 milyonluq vəsait ayırır

IFC Azərbaycan bankına milyonluq vəsait ayırırBeynəlxalq Maliyyə Korporasiya – IFC, mikro, kiçik və orta sahibkarlığın (MKOS), aşağı gəlirli ev təsərrüfatlarının maliyyəyə çıxışını artırmaq və ölkədə iqlimin maliyyələşdirilməsi təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycanın aparıcı maliyyə institutu olan "Bank Respublika"ya 20 milyon ABŞ dolları məbləğində yerli valyutada maliyyə vəsaiti ayırır.
Banker.az xəbər verir ki, bu barədə IFC məlumat yayıb.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağı öhdəsinə götürmüşdür; hal-hazırda isə bu məqsədə 2035-ci ilə çatmağı hədəf kimi təyin edib.
Dünya Bankı Qrupunun Ölkə İqlimi və İnkişaf Hesabatına əsasən karbonsızlaşdırma və dayanıqlılığa nail olmaq üçün 2060-cı ilə qədər 44 milyard dollar və ya ildə təxminən 1,35 milyard dollar həcmində təxmin edilən əhəmiyyətli investisiyalar tələb olunacaq.
Maliyyə sektorunun artım üçün əhəmiyyətli potensial təqdim etməsi ilə bərabər sözügedən maliyyə ehtiyacları ilə daha sıx uyğunlaşmasına ciddi ehtiyac var. IFC, dayanıqlı inkişafın idarə edilməsində sektorun rolunu gücləndirmək üçün bu növ kreditləşdirmənin effektivliyini nümayiş etdirməyə çalışır. Sözügedən səyləri dəstəkləmək məqsədilə IFC-nin Bank Respublika-ya təqdim etdiyi yeni kreditin yarısı MKOS və aşağı gəlirli ev təsərrüfatlarının iqlimlə bağlı layihələrinə yönələcək.
İnvestisiya Dünya Bankı Qrupunun Azərbaycanla bağlı strategiyasına uyğundur və xüsusilə iqlimlə bağlı layihələr üçün maliyyəyə çıxışın yaxşılaşdırılmasına üstünlük verir. Ölkə hazırda COP29-a ev sahibliyi edir və iqlimin maliyyələşdirilməsini inkişaf etdirmək və dayanıqlığa əsaslanan islahatları təşviq etmək öhdəliyini nümayiş etdirir. Dayanıqlı investisiyaları istiqamətləndirmək və maliyyə fəaliyyətlərinin ekoloji məqsədlərə uyğunlaşdırılmaq üçün aydın çərçivə təmin etmək məqsədilə Dünya Bankı Qrupunun dəstəyi ilə Azərbaycan Mərkəzi Bankı bu yaxınlarda ölkədə ilk Yaşıl Taksonomiyanı işləyib hazırlamışdır.
Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, maliyyə sektorunun inkişafı, korporativ idarəetmə üzrə məsləhətlər, kiçik və orta sahibkarlıq və aqrobiznes də daxil olmaqla maliyyə xidmətləri, infrastruktur və istehsal sahələrində 60-a yaxın layihəyə  təxminən 900 milyon ABŞ dolları sərmayə qoymuşdur.

Banklar     Tarix: 14 noyabr 2024

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs


iqtisadi xeberler dollar mezenne online pul qazanmaq pul qazanmaq bitkoin